Icma.az
close
up
RU
Gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir ŞƏRH EDİLDİ

Gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İran-İsrail arasında yaranmış gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, əgər İran-İsrail müharibəsi şiddətlənərsə və davam edərsə, bu, ilkin olaraq neft qiymətlərinə təsir edə bilər: "Hansı ki, neft istehsal edən ölkələrin müharibəyə qoşulması neft bazarında daha ciddi fəsadlara, qiymət artımlarına gətirib çıxara bilər

İran kimi böyük neft hasil edən ölkələrin iştirakı qlobal neft bazarına təsir göstərə bilər. İran və İsrail arasında münaqişənin potensial gərginləşməsi qlobal neft qiymətlərinə əhəmiyyətli təsir göstərməklə yüksək inflyasiya kimi daha uzunmüddətli və genişmiqyaslı iqtisadi təsirlərə səbəb olması da gözləniləndir. Regionda müşahidə edilən geosiyasi gərginliklər, neft hasil edən regionlarda tədarükün kəsilməsi və ya azalması səbəbindən qiymətlər artarsa, bu, inflyasiya təzyiqlərini gücləndirə bilər. Yaxın Şərqdə alovlanan bu yeni müharibə ilə neft qiymətlərinin sıçrayışı səbəbindən inflyasiyanın yüksək səviyyədə qalması ehtimalı çoxdur.

İran-İsrail müharibəsinin müddəti uzanarsa, iqtisadi təsirləri qlobal və regional iqtisadiyyatların bir çox istiqamətlərində özünü büruzə verəcəkdir. Bu münaqişənin təsir dərəcəsi münaqişənin müddətindən, intensivliyindən və beynəlxalq reaksiyalardan asılı olaraq dəyişəcəkdir. Bütün hallarda isə, qlobal bazarlarla yanaşı, yerli iqtisadiyyatlarda da uzunmüddətli təsirlər ola bilər. Müharibənin cəmiyyətə, ayrı-ayrı insanlara psixoloji təsirləri, tibbi xərclərin artımı, ətraf mühitin bərpası kimi fəsadları da nəzərə alsaq, bu təsirlərin illərlə davam etdiyini, hətta növbəti nəsillərə də öz mənfi təsirini göstərdiyini görəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri