İstanbulda gərginlik Mitinqlər qadağan EDİLDİ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti rəhbərlik təyin edilməsinə qarşı etirazlar fonunda şəhərdə siyasi gərginlik yaranıb.
Modern.az xəbər verir ki, CHP-nin Gənclər Təşkilatının çağırışı ilə partiya üzvləri partiya binası önündə toplaşıblar.
Lakin İstanbul Valiliyi 7–10 sentyabr tarixlərində şəhərin altı rayonunda bütün toplantı və aksiyaları qadağan edib. Qərara əsasən, yürüşlər, çadır qurmaq, imza kampaniyaları, oturaq aksiyaları və anma mərasimləri qadağan edilib.
Vali Davut Gül açıqlamasında məhkəmənin qərarını xatırladaraq yeni təyin olunan rəhbərliyin fəaliyyətinə mane olunmasının “cinayət məsuliyyət” doğuracağını bildirib. O, sosial şəbəkədəki paylaşımında “qanunsuz toplantı və çağırışların cinayət sayıldığını” vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 07 Sentyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















