Geri qayıdan Harri və Meqan hansı statusda olacaqlar?
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya Kralı III Çarlzın adından göndərilən məktubda Sasseks hersoqu Şahzadə Harrinin və onun həyat yoldaşı Meqanın ölkəyə qayıtmalarına baxmayaraq, kral ailəsinin işləyən üzvləri kimi rəsmi vəzifələri yerinə yetirməyəcəkləri bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, məktub Harri və Meqanın övladları Arçi və Lilibetlə birlikdə ötən ay Amerika Birləşmiş Ştatlarından Böyük Britaniyaya köçməsindən sonra onların statusuna aydınlıq gətirmək məqsədi daşıyır. Kralın adından sarayın yüksəkvəzifəli rəsmisi Lord Çemberlen tərəfindən göndərilən məktubda bildirilir ki, cütlük “His/Her Royal Highness” – “Əlahəzrət” (HRH) titullarından istifadə edə bilməyəcəklər. Onlar kommersiya və xeyriyyəçilik maraqları olan özəl vətəndaşlar kimi fəaliyyət göstərəcəklər.
Saray mənbələrinin məlumatına görə, məktub Şahzadə Harrinin komandasına, həmçinin hökumətə, hərbi strukturlara və Lord-Leytenantlara göndərilib. Sənəddə vurğulanır ki, Harri və Meqanın iştirak etdiyi hər hansı tədbir şəxsi xarakter daşıyacaq və onlar həmin tədbirlərdə kral ailəsini təmsil etməyəcəklər.
Məktubda 2020-ci ildə Sasseks hersoqu və hersoginyasının Böyük Britaniyanı tərk etməsindən sonra əldə olunmuş razılaşmanın qüvvədə qaldığı da qeyd edilir. Həmin razılaşmaya əsasən, cütlüyün həm şəxsi kommersiya fəaliyyəti ilə məşğul olması, həm də kral ailəsinin işləyən üzvləri kimi fəaliyyət göstərməsi nəzərdə tutulmur.
“Hamıya məlumdur ki, 2020-ci ilin yanvarında hersoq və hersoginya monarx adından təmsilçilik vəzifələrini yerinə yetirməkdən imtina ediblər və artıq kral ailəsinin işləyən üzvləri deyillər”, – deyə məktubda diqqətə çatdırılır.
Sənəddə onların xeyriyyəçilik fəaliyyətinin də şəxsi xarakter daşıdığı vurğulanır.
Baxış sayı:117
Bu xəbər 07 Sentyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















