Icma.az
close
up
RU
Getdikcə daha çox ölkə İsrailin Eurovision da iştirakına qarşı çıxır

Getdikcə daha çox ölkə İsrailin Eurovision da iştirakına qarşı çıxır

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox ölkənin ictimai yayımçı qurumu, Qəzzadakı müharibə səbəbindən İsrailin 2026 Eurovision Mahnı Müsabiqəsinə qatılmasına icazə veriləcəyi təqdirdə öz ölkələrinin yarışmaya qatılmayacağını bəyan edib.

Metbuat.az xəbər verir ki, İspaniyanın mədəniyyət naziri Ernest Urtasun milli televiziya kanalına açıqlamasında, İsrailin Eurovision-a qatılması halında konkret addımlar atılmalı olduğunu bildirərək, İspaniyanın yarışmaya qatılmasını sual altında qoyduğunu deyib.

Urtasun son qərarı İspaniya dövlət televiziyası RTVE-nin verəcəyini qeyd edib və əlavə edib ki, İspaniya daha əvvəl İsrailin yarışmadan uzaqlaşdırılmasını rəsmi şəkildə tələb edib.

İrlandiyanın ictimai yayımçısı RTE də bəyan edib ki, İsrailin qatılmasına icazə verildiyi halda, İrlandiya yarışmada iştirak etməyəcək. RTE-nin açıqlamasında bildirilir ki, iyul ayında Avropa Yayım Birliyinin (EBU) ümumi yığıncağında bir çox üzv İsrailin Eurovision-a qatılması ilə bağlı narahatlıqlarını ifadə edib.

EBU-nun başlatdığı məsləhətləşmə prosesi və cəza almadan müsabiqədən çıxmaq müddətinin uzadılmasının müsbət qarşılandığı vurğulanıb. Açıklamada həmçinin qeyd olunub:
“Əgər İsrail iştirak etməyə davam edərsə, İrlandiya 2026 Eurovision Mahnı Müsabiqəsinə qatılmayacaq. Yekun qərarı isə EBU-nun mövqeyindən sonra verəcəyik.”

Sloveniyanın ictimai yayım qurumu RTV də bəyan edib ki, əgər İsrail gələn il yarışmaya daxil edilərsə, Sloveniya Eurovision-a qatılmayacaq. RTV-dən verilən açıqlamada bu qərarın Fələstin xalqı ilə həmrəylik üçün alındığı vurğulanıb.

İslandiyanın yayım qurumu RUV açıqlamasında bildirib ki, əgər İsrail Eurovision-a qatılarsa, İslandiya öz iştirakını sual altında qoyacaq. Açıqlamada qeyd olunub ki, İslandiya Qəzzadakı humanitar vəziyyəti nəzərə alaraq Avropadakı ümumi mövqeyə qoşulacaq.

Niderlandın ictimai yayımçısı AVROTROS isə bəyan edib ki, əgər İsrail yarışmaya qatılarsa, Niderlandın iştirak etməsi “mümkün olmayacaq”.

Açıqlamada deyilir: “Qəzzada davam edən ciddi əzablara baxmayaraq belə bir vəziyyətdə İsrailin iştirakı əsla haqlı göstərilə bilməz”. Həmçinin vurğulanıb ki, İsrail builki Eurovision-u da siyasi alət kimi istifadə edib və müdaxilə göstərib. Bunun isə AVROTROS-un müdafiə etdiyi dəyərlərlə ziddiyyət təşkil etdiyi bildirilib.

İsrailin gələn il yarışmaya qatılması ilə bağlı narahatlıq keçirən Belçika isə öz iştirakına dair qərarını dekabrda verəcəyini bildirib. Lakin Belçikanın qatılıb-qatılmayacağına dair son qərarı bu dəfə fransızdilli ictimai televiziya kanalı RTBF-in verəcəyi və bu qərarın dekabr ayında açıqlanacağı bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri