İsrailin “Eurovision 2026”da iştirakına icazə verildi − Dörd ölkə boykot etdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Yayım Birliyinin Cenevrədə keçirilən Baş Assambleyasında səsvermədən sonra qərar qəbul edilib.
Səsvermə gizli yolla keçirilib və Qəzzadakı müharibə və bir sıra Avropa yayımçılarının təzyiqləri fonunda gərgin müzakirələrlə yadda qalıb. Qərar boykota səbəb olub: İspaniya, Niderland, Sloveniya və İrlandiya müsabiqədən çıxdıqlarını elan etdilər.
İclas iştirakçılarının sözlərinə görə, Almaniya İsrailə birmənalı dəstək ifadə edib, İspaniya, Belçika, Sloveniya və Türkiyə isə onun iştirakına açıq şəkildə etiraz ediblər. Böyük Britaniya müsabiqəni siyasiləşdirməməyə çağırıb, Ukrayna isə Rusiyanın kənarlaşdırılması ilə müqayisənin yersiz olduğunu vurğulayıb. İspaniya həmçinin İsrailin iştirakçılar siyahısında qalması şərti ilə yalnız neytral bayraq altında çıxış edəcəyi təqdirdə iştirak etməyə davam edəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:Getdikcə daha çox ölkə İsrailin Eurovision da iştirakına qarşı çıxır
14 Sentyabr 2025 00:49
İslandiya da “Eurovision 2026”da iştirak etməyəcək
11 Dekabr 2025 00:02
Eurovision 2026 da iştirak edəcək ölkələrin adları açıqlandı
16 Dekabr 2025 20:50
“Eurovision 2026” Vyanada keçiriləcək
20 Avqust 2025 10:45
İsrailin “Avroviziya 2026” da iştirakı təsdiqlənib
04 Dekabr 2025 21:58
Baxış sayı:60
Bu xəbər 04 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















