Gideon Saar: Qazaxıstan Mərkəzi Asiyada “İbrahim sazişin”ə qoşulan ilk ölkədir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 27 yanvar, AZƏRTAC
Qazaxıstan İsrail üçün vacib tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Astanaya rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
O deyib: “Xalqlarımız və ölkələrimiz arasında münasibətlər güclüdür. Onlar ortaq tarixə və demokratik dəyərlərə əsaslanır. Bugünkü səfərim bu münasibətləri daha da gücləndirmək və onların tam potensialını reallaşdırmaq istəyimizin ifadəsidir”.
Nazir daha sonra əlavə edib: “Prezident Trampın tarixi “İbrahim sazişi”nə qoşulmaq qərarını alqışlayırıq. Qazaxıstan Mərkəzi Asiyada bu addımı atan ilk ölkədir. Bu cəsarətli və mənəvi addımı yüksək qiymətləndirirəm”. Saar, həmçinin səfərin Holokost qurbanlarının Beynəlxalq Anım Günündə baş tutduğunu qeyd edib. O, Qazaxıstanın nasist rejimindən qaçan yəhudilərin xilas edilməsində mühüm rolunu da vurğulayıb.
İsrailli nazir Astanaya kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı və digər sahələr daxil olmaqla müxtəlif sektorlardan 30-dan çox nümayəndənin daxil olduğu yüksəksəviyyəli iqtisadi və biznes dairələrini təmsil edən nümayəndə heyəti ilə gəlib. “Tərəfdaşlığımızı genişləndirmək istədiyimiz əsas sahələr su, innovasiya və ərzaq təhlükəsizliyidir”, -deyə Saar əlavə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 27 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















