Icma.az
close
up
RU
“Giləzi” su altında qaldı: Toyuq və yumurta bahalaşacaq?

“Giləzi” su altında qaldı: Toyuq və yumurta bahalaşacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünən yağan güclü yağış “Giləzi” quşçuluq təsərrüfatına ciddi zərər vurub. 

Belə ki, yaxınlıqdan keçən kanalın suyu açılaraq təsərrüfatın ərazisinə buraxılıb. Nəticədə, 4 milyon yumurta yerləşdirilmiş inkubator, kəsimxana və digər avadanlıqların olduğu binalar su altında qalıb. 

Baş verən təbii fəlakət digər broyler təsərrüfatlarına da təsir edibmi? Bu hal yumurta və toyuq məhsullarının qiymətində bahalaşmaya səbəb ola bilərmi? 

“Cebheinfo.az”a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, dəymiş zərərin məbləği hələ hesablanmayıb. O, bu vəziyyətin nə yumurtaya, nə də toyuq ətinin qiymətinə təsiri olacağına inanmadığını vurğulayıb: 

"Heç kəsə zərər dəyməyib. Yalnız bir “Giləzi” quşçuluq təsərrüfatında inkubatora ziyan dəyib. Hələlik dəymiş ziyanın dəqiq məbləği hesablanmayıb, ona görə də dəqiq rəqəm deyə bilmərəm. Ərazi hazırda suyun içindədir. Bizdə fabrikdə də müəyyən zərərlər var, lakin başqa heç bir yerdə ciddi problem yoxdur. Düşünmürəm ki, bu vəziyyət yumurta və toyuq ətinin qiymətinə təsir göstərəcək". "Giləzi Quşçuluq" MMC-nin direktoru Elvin Eminov isə bildirib ki,  hər şey suyun altında qalıb. 

Onun sözlərinə görə, indiyə qədər belə bir şey olmamışdı: 

“Zərərin miqyası hələ dəqiq bilinmir. İnkubator tamamilə suyun altında qalıb. Hazırda ərazidə araşdırma işləri aparılır. Təkcə inkubator deyil, generator da suyun altında qalıb. Demək olar ki, hər şey. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları oradadır. Araşdırma gedir. Hələ dəqiq heç nə bilinmir. Belə bir vəziyyətə indiyə qədər rast gəlməmişik. Bilmirdik su gələr, oraları basar. Bu, 50-60 ildən bir baş verən haldır. Bu hadisə qəti şəkildə yumurta və toyuq məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olmayacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: “Giləzi” toyuq yumurtabahalaşma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri