Icma.az
close
up
RU
GiLTEX COP29 çərçivəsində “Suyun Səmərəli İstifadəsi” mövzusunda uğurlu tədbir təşkil edib

GiLTEX COP29 çərçivəsində “Suyun Səmərəli İstifadəsi” mövzusunda uğurlu tədbir təşkil edib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın pambıqçılıq və tekstil nəhəngi olan GP Cotton Holdings-ə daxil olan GiLTEX şirkəti, COP29 çərçivəsində 19 noyabr, 2024-cü il tarixində Azerbaycan Pavilyonunun Mavi Zonasında “Suyun Səmərəli İstifadəsi” adlı tədbir keçirdi. Tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizədə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasında dayanıqlı su idarəetmə üsullarının əhəmiyyəti barədə danışılıb.

Şirkətdən Bizimyol.info xəbər portalına verilən məlumata görə, tədbir iştirakçıları Azərbaycan və digər ölkələrdən ən yaxşı təcrübələri və uğurlu nümunələri öyrənmək imkanı qazanıblar. Bu müzakirələrdə qlobal miqyasda tətbiq edilə bilən səmərəli su idarəetmə üsullarını mənimsəməyin vacibliyini bir daha ön plana çəkilib.

Tədbirdə GP Cotton Holding-in Sədri Con Yanq Simpson, GiLTEX-in Baş İcraçı Direktoru Kamran Aqasi, Emerging AG şirkətinin Prezidenti Robynne Anderson, Rivulis-un Baş Direktoru Coşua Dikson və Global Textile-in Baş Direktoru Muzaffər Razakov çıxış ediblər.

GiLTEX-in Baş İcraçı Direktoru Kamran Aqasi, şirkətin strategiyasında dayanıqlılığın rolu ilə bağlı fikirlərini paylaşaraq bildirib, "GiLTEX-də dayanıqlılıq sadəcə bir məqsəd deyil, bizim strategiyamızın əsas dayağıdır. Biz tekstil istehsalında suyun təkrar istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqini planlayırıq. Bu, ətraf mühitə təsirimizi azaltmaqla yanaşı, sənayemizdə bir standart yaratmağımıza xidmət edəcək. Bu kimi tədbirlər, yeniliklərin təşviqində və əməkdaşlıqların inkişafında mühüm rol oynayır, daha dayanıqlı bir gələcək üçün yol açır."

GP Cotton Holding-in Sədri Con Yanq Simpson, pambıq istehsalında dayanıqlı təcrübələrin əhəmiyyətini vurğulayıb.  "GP Cotton Holding-də biz pambıq istehsalında daha az su istifadə etməyə və suvarma prosesini daha qısa müddətdə tamamlamağa imkan verən innovativ texnologiyaları tətbiq etmişik. Bu inkişaflar yalnız məhsuldarlığı artırmır, həm də dəyişən dünyanın tələblərinə cavab verən dayanıqlı təcrübələrə olan bağlılığımızı əks etdirir. Bu həllərin əməliyyatlarımıza inteqrasiya olunmasından qürur duyuruq," deyə C. Simpson çıxışı zamanı bildirib.

Tədbir müxtəlif sahələrin nümayəndələri üçün ideya və təcrübə mübadiləsi aparmaq üçün qiymətli bir platforma təqdim edərək, səmərəli su istifadəsi ilə bağlı qlobal səviyyədə əməkdaşlıq səylərinin təməlini qoydu.

Şirkət haqqında

GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə" qədər bütün prosesi əhatə edərək, keyfiyyət və məhsuldarlığa tam nəzarəti təmin edərək GP Cotton Holdings-in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb. Daha ətraflı məlumat üçün www.gpcotton.com saytına daxil ola bilərsiniz.

GiLTEX MMC 2012-ci ildə Azərbaycanda, Sumqayıt şəhərində təsis edilmiş və Cənubi Qafqaz regionunun aparıcı tekstil istehsalçılarından biridir. Bölgədə tam şaquli inteqrasiya olunmuş istehsal sisteminə malik yeganə müəssisə olan GiLTEX, tekstil istehsalının bütün mərhələlərini – iplikdən və toxuculuqdan tutmuş boyama və tikməyə qədər nəzarətdə saxlayır. Şirkət, yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edərək müxtəlif tekstil məhsulları, o cümlədən parçalar, trikotaj, yataq dəstləri və uniformalar istehsal edir. GiLTEX davamlılığa və yeniliyə sadiqdir, keyfiyyət və ətraf mühitə qarşı məsuliyyəti təmin etmək üçün ekoloji cəhətdən təmiz texnologiyalar və qabaqcıl metodlardan istifadə edir. . Daha ətraflı məlumat üçün www.gltex.az saytına daxil ola bilərsiniz.

Global Textile, yüksək keyfiyyətli kompak və kard ipliklər, eləcə də boyanmış və xam trikotaj parçalarının istehsalı üzrə ixtisaslaşmış Özbəkistanın aparıcı tekstil şirkətidir. 2018-ci ildə yaradılan şirkət Daşkənd və Fərqanədə yerləşən müasir fabriklərdə fəaliyyət göstərir və 4500-dən çox işçini məşğul edir.  Şirkət gündəlik olaraq 150 tondan çox əyirmə və 90 tondan çox toxuma gücünə malikdir və məhsullarını 22-dən çox ölkəyə ixrac edir. Global Textile davamlılığa sadiqdir və pambıq becərilməsi proseslərində damcı suvarma və günəş panelləri kimi qabaqcıl texnologiyalardan istifadə edir. 

Emerging Ag kənd təsərrüfatı, qida və səhiyyə sektorları üçün kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində ixtisaslaşmış beynəlxalq konsaltinq şirkətidir. Şirkət qlobal siyasət məsələlərinə diqqət yetirərək, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müştərilərinə ekspert xidmətləri təqdim edir. Emerging Ag-in peşəkar komandası strateji inkişaf, problemlərin idarə edilməsi və müdafiə dəstəyi sahələrində xidmətlər göstərərək, bütün dəyər zənciri üzrə konsensus qurmaq və davamlı həlləri təşviq etmək məqsədini güdür.

Rivulis, mikro və damcı suvarma həllərində qlobal liderdir və bu texnologiyaları dünya üzrə fermerlər üçün əlçatan etməyə sadiqdir. Şirkət İsrail, Yunanıstan və Kaliforniyada yerləşən üç tədqiqat və inkişaf mərkəzi, 20 istehsal müəssisəsi və 3,000 əməkdaşı ilə güclü mövcudiyyətə malikdir. Rivulis, 6,000-dən çox tərəfdaş və 7,000-dən çox fermer ilə əməkdaşlıq edir. Şirkətin məhsul portfeli damcı lentləri, damcı xətləri, onlayn damcılar, çiləyicilər, filtrlər, klapanlar, gübrələmə və avtomatlaşdırma sistemlərini əhatə edir və bunlar kənd təsərrüfatında məhsuldarlığı və davamlılığı artırmaq üçün nəzərdə tutulmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2072

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see255

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see220

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see176

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see137

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri