Icma.az
close
up
RU
COP29da “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirilib

COP29da “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirilib

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanın ən böyük pambıqçılıq və tekstil istehsalçısı olan “GP Cotton Holdings”ə daxil olan GiLTEX, COP29 çərçivəsində "Mavi Zona"dakı Azərbaycan Pavilyonunda “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə dayanıqlı su idarəetmə üsullarının iqlim dəyişikliyinə qarşı mübarizə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasındakı əhəmiyyəti barədə danışılıb, iştirakçılar həmçinin Azərbaycan və digər ölkələrdən ən yaxşı təcrübələri və uğurlu nümunələri öyrənmək imkanı qazanıblar.

Müzakirələrdə qlobal miqyasda tətbiq edilə bilən səmərəli su idarəetmə üsullarını mənimsəmənin vacibliyi ön plana çəkilib.

GiLTEX-in Baş İcraçı Direktoru Kamran Aqasi şirkətin strategiyasında dayanıqlılığın rolundan bəhs edib: "GiLTEX-də dayanıqlılıq sadəcə, bir məqsəd deyil, bizim strategiyamızın əsas dayağıdır. Biz tekstil istehsalında suyun təkrar istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqini planlayırıq. Bu, ətraf mühitə təsirimizi azaltmaqla yanaşı, sənayemizdə bir standart yaratmağımıza xidmət edəcək. Bu kimi tədbirlər, yeniliklərin təşviqində və əməkdaşlıqların inkişafında mühüm rol oynayır, daha dayanıqlı bir gələcək üçün yol açır."

“GP Cotton Holding”in sədri Con Yanq Simpson, pambıq istehsalında dayanıqlı təcrübələrin əhəmiyyətini vurğulayıb: "GP Cotton Holding-də biz pambıq istehsalında daha az su istifadə etməyə və suvarma prosesini daha qısa müddətdə tamamlamağa imkan verən innovativ texnologiyaları tətbiq etmişik. Bu inkişaflar yalnız məhsuldarlığı artırmır, həm də dəyişən dünyanın tələblərinə cavab verən dayanıqlı təcrübələrə olan bağlılığımızı əks etdirir. Bu həllərin əməliyyatlarımıza inteqrasiya olunmasından qürur duyuruq".

Qeyd olunub ki, tədbir müxtəlif sahələrin nümayəndələrinə ideya və təcrübə mübadiləsi üçün qiymətli platforma təqdim edərək, sudan səmərəli istifadə sahəsində qlobal əməkdaşlığın təməlinin qoyulmasına xidmət edəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see253

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see237

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see237

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see233

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see233

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see232

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see212

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see211

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see210

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see208

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see202

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see201

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see198

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see196

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see189

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see180

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see177

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri