Icma.az
close
up
RU

® GiLTEX COP29 çərçivəsində “Suyun səmərəli istifadəsi” mövzusunda uğurlu tədbir təşkil edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Azərbaycanın pambıqçılıq və tekstil nəhəngi olan GP Cotton Holdings-ə daxil olan GiLTEX şirkəti COP29 çərçivəsində noyabrın 19-da Mavi Zonadakı Azərbaycan pavilyonunda iqlim dəyişikliyinə qarşı mübarizədə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasında dayanıqlı su idarəetmə üsullarının əhəmiyyətinə həsr olunan “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirib.

Tədbirdə Azərbaycan və digər ölkələrdən ən yaxşı təcrübələr, uğurlu nümunələr barədə danışılıb, qlobal miqyasda tətbiq edilə bilən səmərəli su idarəetmə üsullarını mənimsəməyin vacibliyi ön plana çəkilib.

Tədbirdə GP Cotton Holding-in sədri Con Yanq Simpson, GiLTEX-in Baş icraçı direktoru Kamran Aqasi, Emerging AG şirkətinin prezidenti Robynne Anderson, Rivulis-un Baş direktoru Coşua Dikson və Global Textile-in Baş direktoru Muzaffər Razakov çıxış ediblər.

GiLTEX-in Baş icraçı direktoru Kamran Aqasi, şirkətin strategiyasında dayanıqlılığın rolu ilə bağlı fikirlərini bölüşüb.

"GiLTEX-də dayanıqlılıq sadəcə bir məqsəd deyil, bizim strategiyamızın əsas dayağıdır. Biz tekstil istehsalında suyun təkrar istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqini planlayırıq. Bu, ətraf mühitə təsirimizi azaltmaqla yanaşı, sənayemizdə bir standart yaratmağımıza xidmət edəcək. Bu kimi tədbirlər, yeniliklərin təşviqində və əməkdaşlıqların inkişafında mühüm rol oynayır, daha dayanıqlı bir gələcək üçün yol açır”,- deyə Baş icraçı direktor qeyd edib.

GP Cotton Holding-in sədri Con Yanq Simpson, pambıq istehsalında dayanıqlı təcrübələrin əhəmiyyətini vurğulayıb.

"Biz GP Cotton Holding-də pambıq istehsalında daha az su istifadə etməyə və suvarma prosesini daha qısa müddətdə tamamlamağa imkan verən innovativ texnologiyaları tətbiq etmişik. Bu inkişaflar yalnız məhsuldarlığı artırmır, həm də dəyişən dünyanın tələblərinə cavab verən dayanıqlı təcrübələrə olan bağlılığımızı əks etdirir. Bu həllərin əməliyyatlarımıza inteqrasiya olunmasından qürur duyuruq", - deyə C.Simpson çıxışı zamanı bildirib.

Tədbir müxtəlif sahələrin nümayəndələri üçün ideya və təcrübə mübadiləsi aparmaq üçün qiymətli bir platforma təqdim edərək, səmərəli su istifadəsi ilə bağlı qlobal səviyyədə əməkdaşlıq səylərinin təməlini qoyub.

Redaktorlar üçün qeyd

GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı, tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə qədər" bütün prosesi əhatə edərək, keyfiyyətə və məhsuldarlığa tam nəzarəti təmin etməklə GP Cotton Holdings-in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb. Daha ətraflı məlumat üçün www.gpcotton.com saytına daxil ola bilərsiniz.

GiLTEX MMC 2012-ci ildə Azərbaycanda - Sumqayıt şəhərində təsis edilmiş və Cənubi Qafqaz regionunun aparıcı tekstil istehsalçılarından biridir. Bölgədə tam şaquli inteqrasiya olunmuş istehsal sisteminə malik yeganə müəssisə olan GiLTEX, tekstil istehsalının bütün mərhələlərini – iplikdən və toxuculuqdan tutmuş boyama və tikməyə qədər nəzarətdə saxlayır. Şirkət, yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edərək müxtəlif tekstil məhsulları, o cümlədən parçalar, trikotaj, yataq dəstləri və uniformalar istehsal edir. GiLTEX davamlılığa və yeniliyə sadiqdir, keyfiyyət və ətraf mühitə qarşı məsuliyyəti təmin etmək üçün ekoloji cəhətdən təmiz texnologiyalar və qabaqcıl metodlardan istifadə edir. Daha ətraflı məlumat üçün www.gltex.az saytına daxil ola bilərsiniz.

Global Textile yüksək keyfiyyətli kompak və kard ipliklər, eləcə də boyanmış və xam trikotaj parçalarının istehsalı üzrə ixtisaslaşmış Özbəkistanın aparıcı tekstil şirkətidir. 2018-ci ildə yaradılan şirkət Daşkənd və Fərqanədə yerləşən müasir fabriklərdə fəaliyyət göstərir və 4500-dən çox işçini məşğul edir. Şirkət gündəlik olaraq 150 tondan çox əyirmə və 90 tondan çox toxuma gücünə malikdir və məhsullarını 22-dən çox ölkəyə ixrac edir. Global Textile davamlılığa sadiqdir və pambıq becərilməsi prosesində damcı suvarma və günəş panelləri kimi qabaqcıl texnologiyalardan istifadə edir.

Emerging Ag kənd təsərrüfatı, qida və səhiyyə sektorları üçün kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində ixtisaslaşmış beynəlxalq konsaltinq şirkətidir. Şirkət qlobal siyasət məsələlərinə diqqət yetirərək, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müştərilərinə ekspert xidmətləri təqdim edir. Emerging Ag-in peşəkar komandası strateji inkişaf, problemlərin idarə edilməsi və müdafiə dəstəyi sahələrində xidmətlər göstərərək, bütün dəyər zənciri üzrə konsensus qurmaq və davamlı həlləri təşviq etmək məqsədini daşıyır.

Rivulis mikro və damcı suvarma həllərində qlobal liderdir və bu texnologiyaları dünya üzrə fermerlər üçün əlçatan etməyə sadiqdir. Şirkət İsrail, Yunanıstan və Kaliforniyada yerləşən üç tədqiqat və inkişaf mərkəzi, 20 istehsal müəssisəsi və 3 min əməkdaşı ilə güclü mövcudiyyətə malikdir. Rivulis 6 mindən çox tərəfdaş və 7 mindən çox fermer ilə əməkdaşlıq edir. Şirkətin məhsul portfeli damcı lentləri, damcı xətləri, onlayn damcılar, çiləyicilər, filtrlər, klapanlar, gübrələmə və avtomatlaşdırma sistemlərini əhatə edir. Bütün bunlar kənd təsərrüfatında məhsuldarlığı və davamlılığı artırmaq üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri