GİNdən Naxçıvan Şahmat Federasiyasının ləğv olunmasına MÜNASİBƏT İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə (GİN) də daxil olub.
Bunu İdman.biz-in sorğusuna cavab olaraq GİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.
O bildirib ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir: “Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.
Qeyd edək ki, bir gün öncə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırdığını açıqlanıb. Sözügedən Şahmat Federasiyasının rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















