“iPhone”da gizli funksiya aşkarlanıb
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstifadəçilər tez-tez təsadüfən smartfon kameralarını çirkləndirirlər. Məsələn, obyektivdə barmaq izləri qalır. “Apple” bunu nəzərə alaraq “iPhone” üçün obyektivin çirkləndiyini müəyyən edən xüsusi funksiya hazırlayıb. Yenilik “iOS 26” əməliyyat sistemində təqdim olunub.
Funksiya çəkilişdən əvvəl kameranın vəziyyətini analiz edir və obyektiv çirkli olduqda istifadəçiyə ekranda bildiriş göndərir. Müəlliflərin sözlərinə görə, bu imkan daha keyfiyyətli fotolar çəkməyə kömək edəcək.
Funksiyanı aktivləşdirmək üçün istifadəçilər smartfonun “Ayarlar” bölməsində “Kamera” menyusuna daxil olaraq “Obyektivin təmizlənməsi ilə bağlı bildirişlər” seçimini aktiv etməlidirlər.
“Bu funksiya aktiv olduqdan sonra “iPhone” görüntünü avtomatik analiz edəcək və zərurət yarandıqda kameranı silməyi tövsiyə edəcək”, – deyə müəlliflər bildiriblər.
Yeni imkan bütün cihazlarda əlçatan deyil. Funksiya yalnız “iPhone 15” seriyası və daha yeni modellərdə işləyir.(banker)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 İyun 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















