Icma.az
close
up
RU
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?

Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bunu həkim Mixail Poluektov “Qazeta.ru”ya açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, sinir sisteminin bütövlükdə “söndüyü” ilə bağlı təsəvvür ilk dəfə 1973-cü ildə sarsılıb. Həmin vaxt sovet alimləri Qara dəniz delfinlərində beynin bir yarımkürəsinin yatdığı, digərinin isə oyaq qaldığı yuxu formasını aşkar ediblər.

Sonradan bu konsepsiya insanlarda müşahidə olunan lokal yuxu fenomeninə də şamil edilib. Bu vəziyyət xüsusilə uzun müddət monoton iş görərkən meydana çıxa bilər.

“Uzunmüddətli monoton iş zamanı beyin vaxtaşırı bir neçə saniyəlik fəaliyyətini dayandırır və insan şüurdan ayrılır. Beynin bəzi nahiyələri oyaq qalır, lakin reallığın kritik qavranılmasına cavabdeh zona sönür. Nəticədə o, yolda baş verən dəyişikliklərə reaksiya verməyə bilər”, - deyə Poluektov xəbərdarlıq edib.

Həkim qeyd edib ki, mikroyuxunu kənardan da müşahidə etmək mümkündür. Belə vəziyyətdə insan məlumatı sürətlə emal etmək qabiliyyətini itirir və mənasız danışmağa başlayır.

Somnoloq buna gündəlik həyatdan nümunə də gətirib. Onun sözlərinə görə, uşağını yatızdıran ana özü də yuxuya gedə bilər və həmin anda baş verənlərin fərqində olmur.

Poluektov vurğulayıb ki, mikroyuxu zamanı neyronlarda hər hansı nasazlıq yaranmır. Sadəcə olaraq, onlar yuxu rejimində fəaliyyət göstərməyə başlayırlar. Oyaq vəziyyətdə beyin hiss orqanlarından məlumat alaraq davranışı tənzimləyir, yuxu zamanı isə yaddaşdakı informasiyanı emal edir, lazımsız məlumatları silir və vacib olanları qoruyur.

Lokal yuxu zamanı beynin ayrı-ayrı hissələri “yuxu işləri” ilə məşğul olmağa başlayır və bu, reallığın normal qavranılmasına mane olur.

Mütəxəssis əlavə edib ki, mikroyuxu yalnız şüurlu qavrayışa cavabdeh zonaları deyil, digər beyin nahiyələrini də əhatə edə bilər. Məsələn, küləyin səsini qiymətləndirən zona yuxuya getdikdə insan müəyyən müddət həmin səsi eşitmir. Daxili orqanlardan gələn siqnalları qəbul edən nahiyə yuxuya gedərsə, insan bədənindəki bəzi hissləri də müvəqqəti olaraq dərk etməyə bilər.

Ən təhlükəli məqam isə odur ki, insan beyninin hansı hissəsinin yuxuya getdiyini hər zaman özü hiss etmir.(publika)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2026 03:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri