Icma.az
close
up
RU
“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı

“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın vaxtlarda Azərbaycana, xüsusilə ölkənin COP29-a Sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğası başladılacaq.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, anti-Azərbaycan təbliğatının yeni mərhələsində əsas iştirakçılar Azərbaycana qarşı “ifşaedici” nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness” və Britaniya BBC-dir.

Bununla belə, “Global Witness”in əməkdaşları qeyri-hökumət təşkilatı kimi yox, daha çox xüsusi xidmət orqanları üslubunda işləyiblər.

Xüsusilə, bu ilin sentyabr ayının əvvəlində COP29-un Azərbaycan komandasına “EC Capital Holdings” Çin investisiya şirkətinin nümayəndəsi müraciət edib ki, guya COP29-un sponsoru olmaq və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) investisiya yatırmaq istəyir. Əslində isə, bu “iş adamı” “Global Witness”in əməkdaşı idi. Onun əsas və yeganə məqsədi Azərbaycanın COP29-a Sədrliyini neft-qaz lobbisi ilə əlaqələndirərək gözdən salmaq idi.

Maraqlıdır ki, investisiya şirkətinin qeydiyyat nömrəsi, saytı var idi, yəni hər şey əvvəlcədən işlənmiş “əfsanəyə” uyğun hazırlanmışdı. COP29 Əməliyyat Şirkətinin nümayəndələri müvafiq sorğunu aldıqdan sonra “EC Capital” ilə danışıqlara başlayıb və tədbirin potensial sponsorluq imkanlarını, eləcə də müxtəlif mövcud sponsor paketlərini müzakirə ediblər. Danışıqlar zamanı müxtəlif əməkdaşlıq variantları nəzərdən keçirilib, lakin tərəflər razılığa gələ bilmədikləri üçün müqavilə bağlanmayıb. Lakin danışıqlar prosesində “investor” COP29-un Azərbaycan komandasını müqavilədən “dayanıqlı inkişaf” və “ekoloji normalara riayət” istinadlarının çıxarılmasını tələb edirdi. O, həmçinin SOCAR nümayəndələri ilə əlaqənin yaradılması üçün kömək istəyib və bu məqsədlə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanova müraciət edib. Sonuncu həmsöhbəti ilə COP29 nümayəndəsi kimi deyil, energetika nazirinin müavini kimi danışdığını qabaqcadan qeyd edərək potensial investorun (əslində “Global Witness” nümayəndəsinin) əlaqə məlumatlarını SOCAR-a göndərib.

“Global Witness”in əsas vəzifəsi COP29 və SOCAR arasındakı əlaqəni göstərmək olsa da, bu əlaqəni COP29 komandasının ekoloji öhdəliklərə “son dərəcə kobud hörmətsizliyi” kimi təqdim etməyi planlaşdırırlar. Həm də bu, SOCAR-ın COP29-un əsas sponsorlarından biri kimi çıxış etməsinə və energetika sahəsində “yaşıl” istiqaməti fəal şəkildə inkişaf etdirərək geniş dekarbonizasiya proqramı həyata keçirməsinə rəğmən baş verir. Beləliklə, Azərbaycan oxucusu yaxın günlərdə “COP29 və neft-qaz lobbisinin sövdələşməsi” və guya “Azərbaycanın COP29 çərçivəsində neft-qaz sazişləri bağlamaq cəhdləri” barədə başlıqlarla qarşılaşacağını gözləməlidir. Əslində isə nə imzalanmış müqavilə, nə də hər hansı konkret “sövdələşmələr” haqqında substantiv danışıqlar – “cinayət tərkibi”nə bənzəyə biləcək heç nə olmayıb. Buna görə də BBC-nin fəal dəstəyi ilə “Global Witness”dən növbəti mənasız informasiyanı səbirsizliklə gözləyəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see165

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see155

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see143

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see141

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see138

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see137

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see137

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see135

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see133

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see130

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see129

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see128

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see126

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see126

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see125

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see124

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see121

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see119

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see117

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri