Icma.az
close
up
RU
“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı

“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın vaxtlarda Azərbaycana, xüsusilə ölkənin COP29-a Sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğası başladılacaq.

Gununsesi.info xəbər verir ki, anti-Azərbaycan təbliğatının yeni mərhələsində əsas iştirakçılar Azərbaycana qarşı “ifşaedici” nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness” və Britaniya BBC-dir.

Bununla belə, “Global Witness”in əməkdaşları qeyri-hökumət təşkilatı kimi yox, daha çox xüsusi xidmət orqanları üslubunda işləyiblər.

Xüsusilə, bu ilin sentyabr ayının əvvəlində COP29-un Azərbaycan komandasına “EC Capital Holdings” Çin investisiya şirkətinin nümayəndəsi müraciət edib ki, guya COP29-un sponsoru olmaq və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) investisiya yatırmaq istəyir. Əslində isə, bu “iş adamı” “Global Witness”in əməkdaşı idi. Onun əsas və yeganə məqsədi Azərbaycanın COP29-a Sədrliyini neft-qaz lobbisi ilə əlaqələndirərək gözdən salmaq idi.

Maraqlıdır ki, investisiya şirkətinin qeydiyyat nömrəsi, saytı var idi, yəni hər şey əvvəlcədən işlənmiş “əfsanəyə” uyğun hazırlanmışdı. COP29 Əməliyyat Şirkətinin nümayəndələri müvafiq sorğunu aldıqdan sonra “EC Capital” ilə danışıqlara başlayıb və tədbirin potensial sponsorluq imkanlarını, eləcə də müxtəlif mövcud sponsor paketlərini müzakirə ediblər. Danışıqlar zamanı müxtəlif əməkdaşlıq variantları nəzərdən keçirilib, lakin tərəflər razılığa gələ bilmədikləri üçün müqavilə bağlanmayıb. Lakin danışıqlar prosesində “investor” COP29-un Azərbaycan komandasını müqavilədən “dayanıqlı inkişaf” və “ekoloji normalara riayət” istinadlarının çıxarılmasını tələb edirdi. O, həmçinin SOCAR nümayəndələri ilə əlaqənin yaradılması üçün kömək istəyib və bu məqsədlə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanova müraciət edib. Sonuncu həmsöhbəti ilə COP29 nümayəndəsi kimi deyil, energetika nazirinin müavini kimi danışdığını qabaqcadan qeyd edərək potensial investorun (əslində “Global Witness” nümayəndəsinin) əlaqə məlumatlarını SOCAR-a göndərib.

“Global Witness”in əsas vəzifəsi COP29 və SOCAR arasındakı əlaqəni göstərmək olsa da, bu əlaqəni COP29 komandasının ekoloji öhdəliklərə “son dərəcə kobud hörmətsizliyi” kimi təqdim etməyi planlaşdırırlar. Həm də bu, SOCAR-ın COP29-un əsas sponsorlarından biri kimi çıxış etməsinə və energetika sahəsində “yaşıl” istiqaməti fəal şəkildə inkişaf etdirərək geniş dekarbonizasiya proqramı həyata keçirməsinə rəğmən baş verir. Beləliklə, Azərbaycan oxucusu yaxın günlərdə “COP29 və neft-qaz lobbisinin sövdələşməsi” və guya “Azərbaycanın COP29 çərçivəsində neft-qaz sazişləri bağlamaq cəhdləri” barədə başlıqlarla qarşılaşacağını gözləməlidir. Əslində isə nə imzalanmış müqavilə, nə də hər hansı konkret “sövdələşmələr” haqqında substantiv danışıqlar – “cinayət tərkibi”nə bənzəyə biləcək heç nə olmayıb. Buna görə də BBC-nin fəal dəstəyi ilə “Global Witness”dən növbəti mənasız informasiyanı səbirsizliklə gözləyəcəyik. (“Report”)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri