Icma.az
close
up
RU
“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı: Qərbin növbəti boş qərəzi

“Global Witness” və BBCnin COP29a qarşı birgə hibrid əməliyyatı: Qərbin növbəti boş qərəzi

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın vaxtlarda Azərbaycana, xüsusilə ölkənin COP29-a Sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğası başladılacaq.

Anti-Azərbaycan təbliğatının yeni mərhələsində əsas iştirakçılar Azərbaycana qarşı "ifşaedici" nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness” və Britaniya BBC-dir.

Bununla belə, “Global Witness”in əməkdaşları qeyri-hökumət təşkilatı kimi yox, daha çox xüsusi xidmət orqanları üslubunda işləyiblər.

Xüsusilə, bu ilin sentyabr ayının əvvəlində COP29-un Azərbaycan komandasına “EC Capital Holdings” Çin investisiya şirkətinin nümayəndəsi müraciət edib ki, guya COP29-un sponsoru olmaq və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) investisiya yatırmaq istəyir. Əslində isə, bu "iş adamı" “Global Witness”in əməkdaşı idi. Onun əsas və yeganə məqsədi Azərbaycanın COP29-a Sədrliyini neft-qaz lobbisi ilə əlaqələndirərək gözdən salmaq idi.

Maraqlıdır ki, investisiya şirkətinin qeydiyyat nömrəsi, saytı var idi, yəni hər şey əvvəlcədən işlənmiş "əfsanəyə" uyğun hazırlanmışdı. COP29 Əməliyyat Şirkətinin nümayəndələri müvafiq sorğunu aldıqdan sonra “EC Capital” ilə danışıqlara başlayıb və tədbirin potensial sponsorluq imkanlarını, eləcə də müxtəlif mövcud sponsor paketlərini müzakirə ediblər. Danışıqlar zamanı müxtəlif əməkdaşlıq variantları nəzərdən keçirilib, lakin tərəflər razılığa gələ bilmədikləri üçün müqavilə bağlanmayıb. Lakin danışıqlar prosesində "investor" COP29-un Azərbaycan komandasını müqavilədən "dayanıqlı inkişaf" və "ekoloji normalara riayət" istinadlarının çıxarılmasını tələb edirdi. O, həmçinin SOCAR nümayəndələri ilə əlaqənin yaradılması üçün kömək istəyib və bu məqsədlə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanova müraciət edib. Sonuncu həmsöhbəti ilə COP29 nümayəndəsi kimi deyil, energetika nazirinin müavini kimi danışdığını qabaqcadan qeyd edərək potensial investorun (əslində “Global Witness” nümayəndəsinin) əlaqə məlumatlarını SOCAR-a göndərib.

“Global Witness”in əsas vəzifəsi COP29 və SOCAR arasındakı əlaqəni göstərmək olsa da, bu əlaqəni COP29 komandasının ekoloji öhdəliklərə "son dərəcə kobud hörmətsizliyi" kimi təqdim etməyi planlaşdırırlar. Həm də bu, SOCAR-ın COP29-un əsas sponsorlarından biri kimi çıxış etməsinə və energetika sahəsində "yaşıl" istiqaməti fəal şəkildə inkişaf etdirərək geniş dekarbonizasiya proqramı həyata keçirməsinə rəğmən baş verir. Beləliklə, Azərbaycan oxucusu yaxın günlərdə "COP29 və neft-qaz lobbisinin sövdələşməsi" və guya "Azərbaycanın COP29 çərçivəsində neft-qaz sazişləri bağlamaq cəhdləri" barədə başlıqlarla qarşılaşacağını gözləməlidir. Əslində isə nə imzalanmış müqavilə, nə də hər hansı konkret "sövdələşmələr" haqqında substantiv danışıqlar - "cinayət tərkibi"nə bənzəyə biləcək heç nə olmayıb. Buna görə də BBC-nin fəal dəstəyi ilə “Global Witness”dən növbəti mənasız informasiyanı səbirsizliklə gözləyəcəyik. \\Report.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri