Icma.az
close
up
RU
GlobE Şəbəkəsinin Bakıda keçirilən Altıncı Plenar iclası başa çatıb

GlobE Şəbəkəsinin Bakıda keçirilən Altıncı Plenar iclası başa çatıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası başa çatıb.

APA xəbər verir ki, tədbir korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi məsələlərinə həsr olunub.

Ümumilikdə iclasa 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri qatılıb və 100-dən çox çıxış ilə 20-dən çox panel müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan da daxil olmaqla müxtəlif ölklərin nümayəndələri arasında 100-dən artıq ikitərəfli görüş baş tutub. Müxtəlif sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və inkişafın təşviqi məqsədilə təşkil olunan görüşlərdə iştirakçı ölkələrin təklif və perspektivləri müzakirə edilib.

Tədbirin bugünkü proqramına uyğun olaraq iclasda GlobE Şəbəkəsinin Regional Ofislərinin təsis edilməsi prosedurları ilə bağlı UNODC nümayəndələri tərəfindən görülmüş işlər barədə təqdimatlar verilib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda panel müzakirəsi aparılıb. Paneldə Küveyt Dövləti və UNODC nümayəndələri çıxış edərək, beynəlxalq əməkdaşlığın əhəmiyyətini və şəbəkənin potensialını vurğulayıblar.

Sonrakı müzakirələrdə korrupsiya cinayətlərinin araşdırılmasında cinayət təqibindən kənar həllərin innovativ tətbiqi məsələsi gündəmə gəlib. Cənubi Afrika, Braziliya, Tayland və Vyetnam nümayəndələri bu mövzu ətrafında çıxış edərək, qeyri-cinayət həll yollarının tətbiqinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, digər bir panel ictimaiyyətin məlumatlandırılması və korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi mövzusuna həsr olunub. Rusiya, Çin (Honq Konq Xüsusi Administrativ Bölgəsi), Haiti, Pakistan və Nepal (onlayn) nümayəndələri korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin inamını artırmağın və dəstəyi səfərbər etmənin yolları barədə geniş məlumatlar təqdim ediblər.

Aktivlərin bərpası və beynəlxalq təcrübələrin mübadiləsi mövzusu da müzakirə olunan mövzular arasında yer aldı. Braziliya, Madaqaskar, Papua Yeni Qvineya, Tayland və Uqanda nümayəndələri, həmçinin Eqmont Qrupunun Azərbaycandan olan təmsilçisi Fuad Əliyev bu sahədəki mühüm addımları və müsbət təcrübələri təqdim ediblər.

Tədbirin bağlanış mərasimində Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Nazim Rəcəbov çıxış edərək GlobE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çox vacib bir platforma olduğunu bildirib. O, belə tədbirlərin dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin etdiyini qeyd edərək, Azərbaycan dövlətinin bu platformada fəal iştirakını davam etdirəcəyini və qlobal mübarizənin gücləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov tədbirdə çıxış edərək ölkənin korrupsiyaya qarşı mübarizədəki iradəsini və qlobal əməkdaşlıqda əldə olunan irəliləyişləri qeyd edib. O, həmçinin 2026-cı ildə Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə aparan Hüquq-mühafizə Orqanlarının Yüksək Səviyyəli Görüşünə ev sahibliyi edəcəyini bildirib.

Tədbirdə çıxış edən GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkhail (Səudiyyə Ərəbistanı), sədr müavini Boni de Moraes Soares (Braziliya) və GlobE Şəbəkəsinin Koordinatoru Rozitsa Zaharieva da iştirakçılara təşəkkür edərək, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün əməkdaşlığın davam etdiriləcəyini bildirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri