Icma.az
close
up
RU
BMT nin GlobE Şəbəkəsinin Bakıda keçiriləcək Plenar Görüşünə hazırlıq işləri davam edir

BMT nin GlobE Şəbəkəsinin Bakıda keçiriləcək Plenar Görüşünə hazırlıq işləri davam edir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri davam etdirilir.

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) nümayəndələri təşkilatın cari ilin 19-23 may tarixlərində ölkəmizdə keçiriləcək Altıncı Plenar Görüşünə və İdarəetmə Komitəsinin Onuncu İclasına hazırlıq çərçivəsində Azərbaycana səfər ediblər.

Səfər çərçivəsində GlobE Şəbəkəsinin Koordinatoru Rozitsa Zahariyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən qəbul edilib.

Azərbaycan Respublikası Prokurorluğunun rəhbər işçilərindən ibarət Yerli Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə keçirilən görüşdə Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan hüquqi və institusional islahatlar barədə geniş məlumat verilmiş, Plenar Görüşə hazırlıq çərçivəsində ev sahibliyi edən ölkə kimi tərəfimizdən görülmüş işlər xarici nümayəndələrin diqqətinə çatdırılıb.

GlobE Şəbəkəsinin Koordinatoru Rozitsa Zahariyeva ölkəmizə səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək qarşıdan gələn tədbirlə bağlı Azərbaycan Prokurorluğu tərəfindən bu vaxtadək görülmüş təşkilati və hazırlıq işlərinə görə minnətdarlığını ifadə edib.

Daha sonra xarici nümayəndələrlə Yerli Təşkilat Komitəsinin üzvləri arasında tədbirə hazırlıq prosesinin ayrı-ayrı detallarının müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib.

Səfər zamanı qonaqlar həmçinin, beynəlxalq tədbirin keçiriləcəyi məkanlarla, habelə digər resurslarla yerində tanış olublar.

Qeyd edək ki, ötən ilin sentyabr ayında BMT-nin GlobE Şəbəkəsinin Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş Beşinci Plenar Görüşündə növbəti analoji tədbirin 2025-ci ildə Bakıda keçirilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin təşəbbüsü yekdilliklə dəstəklənərək qəbul edilmiş, habelə ölkəmiz 3 il müddətinə İdarəetmə Komitəsində təmsil olunacaq 15 ölkədən biri olaraq seçilib. 

Ümumilikdə 126 ölkədən 232 hüquq mühafizə orqanın təşkilati üzvü, habelə 16 beynəlxalq təşkilatın müşahidəçi statusunda olduğu Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların bu sahədə birgə fəaliyyətinin təşkilinə, effektiv məlumat və təcrübə mübadiləsinə xidmət edən qlobal platformadır.

Bakıda keçiriləcək Altıncı Plenar Görüş və İdarəetmə Komitəsinin Onuncu İclasının rəsmi internet səhifəsi ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür: 

https://globenetwork.unodc.org/globenetwork/en/network/sixth-plenary-meeting-of-the-globe-network-may-2025.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri