Icma.az
close
up
RU
GLOBE Şəbəkəsinin Plenar iclasında əsas müzakirələr mərhələsi başlayıb

GLOBE Şəbəkəsinin Plenar iclasında əsas müzakirələr mərhələsi başlayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Bakıda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GLOBE Network – çərçivəsində 6-cı Plenar iclas davam edir.

Mötəbər beynəlxalq tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar toplaşıb. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib, 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində 100-dən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin proqramına uyğun olaraq, mayın 21-də GLOBE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.

Bununla yanaşı, Avropa İttifaqının Cinayət Ədliyyəsi Əməkdaşlıq Agentliyi (EUROJUST) və Afrika Baş Dövlət Müfəttişlikləri və Oxşar Qurumların Forumunun (FIGE) müşahidəçi statusu ilə GLOBE Şəbəkəsinə qoşulması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Plenar iclasda bir sıra beynəlxalq təşkilatların nümayəndələri – Avropa Prokurorluğu Təşkilatının (EPPO) rəhbərinin müavini Petr Klement, IAACA-nın Baş Katibi Chin Kit Cheung, IACA-nın nümayəndəsi Samuel De Jaegere, IAP-ın Baş müşaviri Şenaz Muzaffer və INTERPOL-un İcraçı direktoru Darrin Cons təmsil etdikləri qurumların korrupsiyaya qarşı fəaliyyəti barədə təqdimatlar ediblər.

GLOBE Şəbəkəsinin üzvləri arasında birbaşa məlumat mübadiləsinə dair Rəhbər Prinsiplər və tətbiq olunan formalar müzakirə olunub, UNODC eksperti Draqo Kos məlumat mübadiləsinə dair Nümunəvi Saziş layihəsindəki yeniliklər barədə məlumat verib.

Korrupsiyaya qarşı əməliyyat-axtarış tədbirlərinin texniki və taktiki aspektlərinə dair Hindistan, Çin və Uqanda nümayəndələri praktiki təcrübələrini bölüşüblər.

Daha sonra “Korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə sığınacaq verilməsinin yolverilməzliyi” mövzusunda beynəlxalq hüquqi müddəalar və dövlətlərin təcrübələri üzrə təqdimatlar dinlənilib. Sessiyaya UNODC-nin regional müşaviri Vladimir Kozi moderatorluq edib.

“Şübhəli maliyyə hesablarından ödənişlərin dayandırılması: Cinayət işlərində şübhəli bank hesablarının sürətli dondurulması” mövzusunda keçirilmiş sessiyada isə Koreya, Qazaxıstan və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Bundan əlavə, vergi korrupsiyası, əmlakın bərpası və digər aktual mövzulara dair paralel tədbirlər, vorkşoplar və ikitərəfli görüşlər təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri