Icma.az
close
up
RU
Göbək ciyəsinin kəsilməsini gecikdirməyin 5 faydası

Göbək ciyəsinin kəsilməsini gecikdirməyin 5 faydası

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göbək ciyəsi – embrionu, daha sonra dölü bətndə cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzvdür.

Onun uzunluğu 50-70 sm və daha artıq ola bilir. Bu da dölün ana bətnində sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Bu müvəqqəti orqan karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra kəsilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir.

Cift və göbək ciyəsi, belə desək körpənin xarici qan dövranı sistemidir. Körpə anadan olandan sonra onun qanının təxminən üçdə bir hissəsi hələ də xarici qan dövranı sistemində mövcud olur. Lakin doğuşdan sonra bu qan körpənin bədəninə yol tapır. Amma göbək ciyəsinin doğuşdan dərhal sonra kəsilməsi qanın körpənin bədəninə köçməsi prosesə mane olur. Göbək ciyəsinin tez bir zamanda kəsilməsi praktikası 1960-cı illərin standartlarına uyğundur. Həmin dövrdə tibb hesab edirdi ki, tezliklə kəsilən göbək ciyəsi analarda doğuşsonrası qanxamaları azalda bilər. Sonralar aparılan araşdırmalar isə bunu təsdiq etməsə  də bu praktika hələ də davam etməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı 1-3 dəqiqə, The Royal College of Midwives 3-5 dəqiqə, The International Childbirth Education Association isə göbək ciyəsində nəbzin vurub qurtardığı zaman, hətta ciftin ana bətnindən çıxdığı vaxta kimi gözləməyi tövsiyyə edirlər.

Mütəxəssislər analara doğuşda iştirak edən tibb işçiləri ilə öncədən göbək ciyəsinin daha gec kəsilməsini müzakirə etməyi və öncədən razılaşmağı tövsiyyə edirlər.

Göbək ciyəsinin kəsilməsinin gecikdirilməsinin əsas 5 faydası mövcuddur:

- Körpələrdə anemia riskinin azalması və dəmir ehtiyatının təmini.

- Qan həcminin artması və sağlam laxtalanma qabiliyyəti.

- Ürək və ağciyər sistemlərinin əngəlsiz tənzimlənməsi.

- İmmun, tənəffüs, mərkəzi sinir və ürək-damar sistemlərinin bünövrəsi olan hüceyrələrin səviyyəsinin artması.

- Vaxtından öncə doğulan körpələrin ölüm və ağırlaşma riskinin azalması.

Mənbə: www.mommypotamus.com

Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri