Icma.az
close
up
RU
Uşaqlarda göbək yırtığı

Uşaqlarda göbək yırtığı

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göbək yırtığı uşaqlarda ən tez-tez rast gəlinən cərrahiyyə patologiyası sayılır. Həkimlərin müşahidələrinə görə, bu patologiya hər beşinci uşaqda müşahidə olunur.

Vaxtdan tez doğulmuş uşaqlarda göbək yırtığı diaqnozu hər uç uşaqdan birinə qoyulur.

Yenidoğulmuşlarda göbək yırtığının səbəbi qarın divarının bətndaxili defektidir. Əgər uşağın ana və ya atasında uşaqlıqda bu defekt olmuşsa, uşaqda bu defektin olmasının ehtimalı artır.

Analar arasında belə bir fikir formalaşıb ki, göbək yırtığının səbəbi doğuşdan sonra göbəkbağının "düzgün bağlanmamasıdır". Lakin bu səhv fikirdir. Göbək yırtığının səbəbi  göbək nahiyəsində əzələ toxumasının zəif olmasıdır.

Qəbizlik, köp, güclü və uzunmüddətli öskürək, ağlama, uşağın çəkisinin normadan az olması (hipotrofiya), raxit uşaqda göbək yırtığının meydana çıxması üçün "yaxşı" şərait yaradır. Bu səbəbdən bunlara yol vermək olmaz.

Göbək yırtığı zamanı göbək nahiyəsində oval və ya yumru formasında qabarıqlıq müşahidə olunur və uşağın göbəyi 1-2 sm qabağa çıxır. Lakin uşaqda bu kimi əlamətlərin olması 100% hallarda göbək yırtığının olmasından xəbər vermir. Bu patologiyanın ilkin diaqnozunu müayinədən sonra pediatr qoya bilər. Diaqnozun dəqiqləşdirilməsi üçün pediatr uşağı cərrahın müayinəsinə göndərə bilər.

Adətən göbək yırtığı uşaqda heç bir əlavə narahatçılığa və ya ağrılara səbəb olmur.

Qasıq yırtığından fərqli olaraq, göbək yırtığı bir çox hallarda uşağın təxminən 3-5 yaşına kimi özü-özündən bağlanır. Əgər göbək yırtığı uşağın 3-5 yaşına kimi bağlanmazsa, bu halda cərrahiyyə müalicəsi haqqında qərar verilə bilər. Əməliyyat zamanı yırtıq səliqəli bağlanılır, əməliyyatdan sonra qalan kiçik çapıq, dəri büküşündə gizlədilir və daha sonra, demək olar, qörünmür.

Göbək yırtığı uşağın müəyyən yaşına kimi özü-özündən bağlanmadıqda, mütləq cərrahiyyə müalicəsi tətbiq olunmalıdır. Məsələ burasındadır ki, böyük yaşlarda belə yırtıqlar insanın sağlamlığı üçün daha təhlükəli olur - yırtıq nahiyəsinə çıxan bağırsaq burada "boğula" bilər ki, nəticədə insanın sağlamlığı və hətta həyatı üçün çöx təhlükəli hal olan bağırsaq keçirməməzliyi inkişaf edə bilər. Bunun yeganə müalicə üsulu təcili cərrahiyyə əməliyatıdır.

Göbək yırtığı olan uşaqlar daim cərrahın nəzarətində olmalıdır. Həkim uşağa masaj və müalicəvi gimnastika təyin edir. Mütəxəssis tərəfindən keçirilən masaj, təbii ki, daha yaxşı effekt verir. Bundan əlavə valideynlər qidalanmadan əvvəl gündə 2-3 dəfə uşağın qarının yüngül masajını edə bilərlər (bu haqda pediatrla məsləhətləşin). Daha sonra isə uşağı 10-15 dəqiqə ərzində bərk düz səthə qarın üstə qoymaq lazımdır.

Bir çox hallarda göbək nahiyəsinə plastır sarığın qoyulması tətbiq edilir. Bunu pediatr və ya cərrah təyin etməlidir. İlk dəfə bu sarığı həkim qoymalıdır. Daha sonra isə bunu valideynlər edə bilərlər. Plastır hipoallergen olmalıdır və hər 2-3 gündən bir dəyişilməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri