Icma.az
close
up
RU
Dölün boynuna göbək ciyəsinin dolanması

Dölün boynuna göbək ciyəsinin dolanması

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:

"Dölün boynuna göbək ciyəsi dolanıb". Hamilə qadınların əksəriyyəti bu xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs almır, oksigen onun orqanizminə qanla daxil olur.

Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur - damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr   ananın orqanizmdən xaric olunur.

Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər. Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer var və döl üzdükdə asanlıqla açıla bilər.

Lakin əgər belə dolanma hamiləliyin 32-ci həftəsindən sonra aşkar olunubsa, bu zaman qadın mütləq əlavə müayinələrdən keçməli (doppleroqrafiya, kardiotokoqrafiya) və daim həkimlərin nəzarətində olmalıdır. Məsələ burasındadır ki, göbək bağın dolanması nəticəsində ciftdə qan dövranı pozula bilər. Bu isə çox təhlükəli haldır.

Bu səbəbdən belə qadına əlavə müayinələr təyin olunur. Doppleroqrafiya müayinəsi zamanı ciftdə qan dövranın vəziyyəti, kardiotokoqrafiya müayinəsi zamanı isə dölün ürək döyünməsinin vəziyyəti müəyyən edilir. Əgər bu müayinələr nəticəsində ciddi pozulmalar aşkar olunarsa, qadına təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.

Lakin əksər hallarda dölün boynuna göbək ciyəsinin dolanması ciddi pozulmalara səbəb olmur. Dölün boynuna göbək ciyəsinin dolanması keysəriyyə kəsiyi əməliyyatının aparılması üçün göstəriş sayılmır (döldə və ciftdə ciddi pozulmalar aşkar olunmadığı halda).

Doğuş zamanı həkim və ya mama uşağın boynunu tez və səliqəli şəkildə dolanmadan azad edir və uşaq tam normal doğulur.

Dölün boynuna göbək ciyəsinin dolanması olan qadınlarda doğuşun aparılmasında müəyyən fərqlər var.

Bu səbəbdən əgər sizdə bu patologiya aşkar olunubsa, mütləq bu haqda doğuşu qəbul edən həkimə məlumat verin. Həkim doğuş zamanı uşağın ürək döyünməsinə xüsusi diqqət yetirir. Doğuşun tez başa çatması üçün həkim qadının aralıq nahiyyəsində kəsiklər (epiziotomiya) apara bilər. Uşağın ürək döyünməsində pozulmalar əmələ gəldikdə, təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.

Dölün boynuna göbək ciyəsinin dolanmasının konkret səbəbləri yoxdur. Lakin həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez hallarda dölün xroniki hipoksiyası fonunda inkişaf edir. Xroniki hipoksiyanın səbəbləri arasında:

- hamilə qadında anemiyanın (qanazlığı) olması,

- hamilə qadının az hərəkətli həyat tərzi,

- hamilə qadının havada az olması və s. ola bilər.

Göbək ciyəsinin həddən artıq uzun olması da bu patologiyaya gətirib çıxarda bilər. Bəzən göbək ciyəsinin uzunluğu 1 m çata bilər (normada 70 sm kimi). Həkimlərin müşahidələrinə görə, göbək ciyəsinin uzun olması irsiyyatda bu patologiyası olan (anada, nənədə və s olub) qadınlarda daha tez-tez təsadüf edilir.

Dölyanı mayenin çox olması da dölün boynuna göbək ciyəsinin dolanmasına gətirib çıxarda bilər.

Bu patologiyanın profilaktikası üçün

- qadın hamiləlik zamanı anemiyanın tez aşkar olunması üçün təyin olunmuş vaxtlarda qan analizi verməlidir və anemiyanı müalicə etməlidir,

- tez-tez açıq havada gəzməlidir,

- streslərdən uzaq olmalıdır. Həkimlər hamilə qadınlara hətta qorxulu və kədərli filmlərə, kriminal xəbərlərə və s. baxmaq tövsiyyə etmirlər. Stress zamanı orqanizmdə adrenalin hormonu ifraz olunur ki, bu dölün hərəkətliliyini stimullaşdırır. Nəticədə çox fəal şəkildə hərəkət edən döl göbək bağına dolana bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri