Icma.az
close
up
RU
Gökhan Özendən LosAncelesdəki fəlakətlə bağlı paylaşım: Burada yanğın yoxdur, gördüyünüzə inanın

Gökhan Özendən LosAncelesdəki fəlakətlə bağlı paylaşım: Burada yanğın yoxdur, gördüyünüzə inanın

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Uzun illərdir ABŞ-nin Los-Anceles şəhərində yaşayan Türkiyənin məşhur müğənnisi Gökhan Özen evindən etdiyi paylaşımla yenidən gündəmə gəlib.

Oxu.Az-ın verdiyi məlumata görə, o, sosial mediada paylaşılanların əksinə olaraq, yanğınla bağlı panik ab-havanın olmadığını deyib.

Bu dəfə Gökhan Özen yenidən evinin terrasına çıxaraq ətrafı göstərib.

"Burada yanğın yoxdur. Gördüyünüzə inanın, eşitdiyinizə yox", - deyə o bildirib.

İfaçı vurğulayıb ki, təpələri ilə məşhur olan İstanbuldan fərqli olaraq Los-Anceles düz bir şəhərdir və şəhərin bir başında durmaqla okeana qədər məsafəni rahatlıqla görmək olar.

"Əlbəttə, Los-Ancelesdə bir-iki yerdə meşə yanğınları olub, amma göstərildiyi kimi deyildi, ayın 13-dən bəri isə vəziyyət kadrlarda göründüyü kimidir", - deyə o vurğulayıb.

Gökhan hazırda videoda görünənlərə inanmağa çağırıb:

"Xəbər kirliliyi var. Videoların üstünə tarix qoyulmur, ona görə də insanlar bunu yeni video sanırlar. Mənim özümün qarşısına da belələri çıxır. Süni intellektlə hazırlananlar da az deyil".

Sonra yenidən şəhər mənzərəsini göstərərək deyir:

"Baxın. Buralar yanan ərazi kimi görünürmü? Əlbəttə, təpələrin arxasında bir-iki xırda yanğın oldu. Amma güclü yanğında buralar belə görünərdimi?"

Gökhan Özendən Los-Ancelesdəki fəlakətlə bağlı paylaşım: "Burada yanğın yoxdur, gördüyünüzə inanın"

"Mən sadəcə olanları tarixi ilə sənəd şəklində təqdim elədim. Amma hər kəs istədiyinə inanmaqda azaddır", - deyə o sözlərini yekunlaşdırıb.

Gökhan Özanın bu paylaşımı da sosial mediada gündəm olub.

Qeyd edək ki, məşhur müğənni bundan əvvəl də analoji görüntülər paylaşaraq şəhərdə sakit mühiti və yanğınsöndürən təyyarələrin görünmədiyini izləyiciləri ilə bölüşüb. Həmin paylaşım qısa müddətdə ciddi tənqidlərə səbəb olub.

Xatırladaq ki, meşə yanğınları yanvarın 7-də cənubi Kaliforniyada başlayıb. ABŞ Prezidenti Co Bayden ştatda fövqəladə vəziyyət rejimi elan edib. Los-Ancelesdə Hollivud yaxınlığındakı rayonların sakinlərinin təxliyəsi barədə əmr verilib. Son məlumatlara görə, yanğınlar nəticəsində 25 nəfər həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri