Qadın itirdiyi üzüyü 28 il sonra gölün dibində TAPDI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də qadın 28 il əvvəl itirdiyi məktəb məzuniyyət üzüyünə gözlənilmədən qovuşub.
Redaktor.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
İki amerikalı xəzinə axtarış həvəskarı Nyu-York ştatındakı Qreyt-Sakandaqa gölünün ərazisində metal detektorları ilə axtarış apararkən cihazdan siqnal alıblar. Daşı qaldırdıqda onun altında 1988-ci ildə Red Creek High School-u bitirən məzuna məxsus metal üzük aşkarlayıblar.
Axtarış aparanlardan Dilan LaPort bildirib ki, metal detektoru siqnal verdikdən sonra daşı çeviriblər və üzüyü orada görüblər.
Maykl Siql və Dilan LaPort tapdıqları üzüyün fotosunu sosial şəbəkələrdə paylaşaraq sahibini axtarmağa başlayıblar. Bir neçə cəhddən sonra nəticə əldə etmədikləri üçün məktəblə əlaqə saxlayıblar. Məktəbin katibi qısa müddətdə üzüyün keçmiş şagird Kim Rasbekə məxsus olduğunu müəyyənləşdirib.
Məlum olub ki, Kim üzüyü 28 il əvvəl dostları ilə göl kənarında istirahət etdiyi zaman itirib. O, xatirə əşyasını geri almaq üçün poçt xərcləri və digər ödənişləri qarşılamaya hazır olduğunu bildirib.
Lakin üzüyü tapan şəxslər ondan pul qəbul etməkdən imtina ediblər.
Məlumata görə, Siql və LaPort itirilmiş zinət əşyalarını metal detektorları vasitəsilə axtarmağı və tapdıqları əşyaları sahiblərinə qaytarmağı hobbi halına gətiriblər.
NURİYYƏ
Baxış sayı:109
Bu xəbər 01 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















