Icma.az
close
up
RU
® Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2024cü ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib AZƏRTAC

® Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2024cü ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 28-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi-Təcrübi və Tədris Mərkəzinin, Sanitar-Karantin Xidmətinin və Həkim-Tibb Komissiyasının əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclas iştirakçılarını salamlayaraq, cari il ərzində Xidmət tərəfindən görülən işlər və həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. İdarə rəisi Mərkəzi Gömrük Hospitalının istifadəyə verilməsi nəzərdə tutulan yeni korpusunun açılışına hazırlıq, 2025-ci il üçün hədəflərdən söz açaraq, göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini verib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev hesabat nitqi ilə çıxış edərək, il ərzində gömrük əməkdaşlarına və əhaliyə göstərilən tibbi xidmətlərin sayının artdığını, pasiyent yönümlü fəaliyyətlərin təşkili istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini, İcbari Tibbi Sığorta Agentliyi və özəl tibbi sığorta şirkətləri ilə əməkdaşlığın genişləndirildiyini və hospitalın cari il ərzində bir neçə yeni müasir tibbi avadanlıqlarla təchiz edildiyini vurğulayıb.

Həmçinin Bəxtiyar Musayev 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında fəal iştirak edən Mərkəzi Gömrük Hospitalının 5 əməkdaşının Prezident İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif olunmasını qeyd edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov 2024-cü ilin yekunlarına dair maliyyə göstəriciləri və 2025-ci il üçün nəzərdə tutulan maliyyə proqnozu, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Sanitar-Karantin Xidməti tərəfindən həyata keçirilən fəaliyyətlər, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov tərəfindən mərkəzin cari il ərzində həyata keçirdiyi tədbirlər, sosial aksiyalar, beynəlxalq konfranslar və seminarlar, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə isə əməkdaşların sosial rifahı və asudə vaxtının səmərəli təşkili istiqamətində keçirilmiş fəaliyyətlər haqqında hesabat nitqi ilə çıxış ediblər.

İdarə rəisi Ceyhun Məmmədov iclasın sonunda əməkdaşlara 2024-cü il ərzində göstərdikləri uğurlu xidmətlərə görə təşəkkür edərək, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Hesabat iclası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən 2024-cü il ərzində görülən işlərin xülasəsini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri