Icma.az
close
up
RU
Gömrük sisteminin Rəqəmsal Logistika Platforması

Gömrük sisteminin Rəqəmsal Logistika Platforması

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bir pəncərə” informasiya sisteminin ikinci mərhələsinə start verilib

Azərbaycanda Rəqəmsal Logistika Platformasının - “Bir pəncərə” informasiya sisteminin ikinci mərhələsinin icrasına başlanılıb. Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov bildirib ki, yeni rəqəmsal mərhələdə qısa idxal bəyannaməsi və tranzit gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə tam inteqrasiyası həyata keçiriləcək. Layihənin əsas məqsədi dövlət və biznes arasında qarşılıqlı əlaqələri asanlaşdırmaq, idxal, ixrac və tranzit əməliyyatlarında mövcud olan mürəkkəb və təkrarlanan prosedurları aradan qaldırmaq, bütün prosesləri vahid rəqəmsal mühitdə birləşdirməkdir.

Platforma vasitəsilə sahibkarlar və daşıyıcılar idxal, ixrac və tranzit əməliyyatları ilə bağlı bütün əsas dövlət xidmətlərinə vahid giriş əldə edəcəklər. Buraya nəqliyyat və kommersiya sənədlərinin rəsmiləşdirilməsi, gömrük və sərhədkeçmə prosedurları üçün tələb olunan lisenziya və icazələrin alınması, mənşə, fitosanitar sertifikatları, fumiqasiya aktları və digər zəruri sənədlərlə bağlı müraciətlərin elektron qaydada təqdim edilməsi daxildir. Bu platforma sayəsində bütün sənədlərin elektron qaydada əldə olunması, dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması, eləcə də yük və nəqliyyat vasitələrinə dair məlumatların vahid sistem üzərindən təqdim edilməsi prosedurları əhəmiyyətli dərəcədə sadələşdirəcək, vaxt itkisini və inzibati xərcləri minimuma endirəcək. İnformasiya sistemi mərhələli şəkildə istifadəyə verilir və dövlət qurumlarının elektron xidmətləri ardıcıl olaraq platformaya inteqrasiya edilir. Artıq ilk nəticələr əldə olunub və növbəti mərhələlərdə sistemin funksional imkanları daha da genişləndiriləcək.

Nəticədə idxal və tranzit əməliyyatları üzrə məlumatların vahid platforma üzərindən qəbulu, emalı və aidiyyəti dövlət qurumları arasında elektron mübadiləsi təmin olunacaq. Bununla da məlumatların təkrar təqdim edilməsi aradan qaldırılacaq, gömrük rəsmiləşdirilməsi və malların buraxılışı prosesləri daha operativ və səmərəli şəkildə təmin olunacaq.

30-dan çox dövlət qurumu sistemə inteqrasiya olunacaq

“Bir pəncərə” informasiya sistemi sadəcə rəqəmsal platforma deyil, ölkədə xarici ticarət, nəqliyyat və logistika sahəsini idarə etməyə yeni yanaşmanın əsas elementi kimi çıxış edir. Bu sistem həm də dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və səmərəliliyi artıracaq müasir rəqəmsal idarəetmə modelidir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, Azərbaycan MDB məkanında xarici ticarət və nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən bütün əsas dövlət qurumlarını və iştirakçılarını vahid rəqəmsal platformada birləşdirən “Bir pəncərə” informasiya sistemini yaradan ilk ölkədir. Dünyada bu sistemi uğurla tətbiq edən ölkələrin sayı çox məhduddur. Sistem beynəlxalq ticarət və yükdaşımalarının daha sürətli və səmərəli təşkil edilməsinə, iqtisadi səmərəliliyin artırılmasına, xidmətlərin əlçatanlığının genişləndirilməsinə və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edir. Mərhələli şəkildə bütün əməliyyatların, o cümlədən ixrac, idxal və tranzit proseslərinin “Bir pəncərə” informasiya sistemi üzərindən vahid rəqəmsal mühitdə həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 30-dan çox dövlət qurumunun sistemə inteqrasiyası nəzərdə tutulur, bir qismi artıq tam inteqrasiya olunub və xidmətlərdən istifadə edir.

Rəqəmsal gömrük modeli dünya ölkələri üçün nümunəvi brendə çevrilir

“Bir pəncərə” sistemi yalnız ölkədaxili proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır, eyni zamanda xarici iqtisadi fəaliyyətdə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinə açılan mühüm rəqəmsal platformadır. Nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, məlumatların qarşılıqlı mübadiləsi və sistemlərarası inteqrasiyanın formalaşdırılması bu sistemin tərkib hissəsi kimi mühüm yer tutur.

Azərbaycan bu layihə çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, BMT-nin müvafiq standartları nəzərə alınmaqla tətbiq mexanizmləri üzərində işlər aparılır. Hazırda Türkiyə, Qazaxıstan və Rusiya ilə nəqliyyat sənədlərinin tam rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Bu isə Rəqəmsal Hubun transformasiyasına keçidi də təmin edəcək. Həmçinin, xarici ticarət iştirakçıları ilə prefersial sazişlərin sayını artıracaq. Preferensial qaydalar iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsini təşviq etməklə, ədalətli rəqabət üçün əlverişli arxitektura quracaq.

Yeri gəlmişkən, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders bir neçə gün əvvəl ölkəmizdə səfərdə olarkən Azərbaycanın gömrük sistemində aparılan rəqəmsal islahatları yüksək dəyərləndirib. Cənab Sanders müasir gömrük rəsmiləşdirilməsi prosesləri və rəqəmsal xidmətlər, ölkəmizin logistika və təchizat zənciri imkanları, müasir anbar və yük emalı infrastrukturu, gömrük-logistika inteqrasiyası, eləcə də beynəlxalq ticarət və tranzit əməliyyatlarının səmərəli təşkili istiqamətində həyata keçirilən yenilikləri digər ölkələr üçün nümunəvi model adlandırıb.

Üçüncü mərhələ - Asan gömrük dəhlizinin yaradılması

Növbəti rəqəmsal mərhələyə - “Bir pəncərə” sisteminin 3-cü fazasının tətbiqinə də hazırlıq işləri aparılır. Üçüncü mərhələdə idxal gömrük bəyannaməsinin, eləcə də digər gömrük prosedurlarına aid bəyannamələrin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyasının tamamilə yekunlaşdırılması nəzərdə tutulur. Bununla da, aidiyyəti dövlət qurumlarının gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan bütün icazə, razılıq və lisenziyaların elektron qaydada bu sistem vasitəsilə gömrük informasiya sisteminə ötürülməsi başa çatdırılacaq. Bu yanaşma sahibkarların müxtəlif dövlət qurumlarına ayrıca müraciət etməsi zərurətini minimuma endirəcək, məlumatların yalnız bir dəfə təqdim edilməsi prinsipini təmin edəcək, dövlət qurumları arasında koordinasiyanı daha da gücləndirəcək və xarici ticarət əməliyyatlarının tam inteqrasiya olunmuş rəqəmsal mühitdə həyata keçirilməsinə imkan yaradacaq.

Sistemin tam tədqiqi nəticəsində draktik maniyalar minimuma endiriləcək, sənədləşmə və icazələrin alınması prosesi sadələşdiriləcək, dövlət qurumları ilə biznes subyektləri arasında qarışılıqlı fəaliyyət daha operativ, şəffaf təşkil olunacaq. Yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-nin ən mühüm hədəflərindən biri olan ticarət dövriyyələrinin həcmlərinin artırılmasına imkan yaradacaq. Bu isə yükdaşımaların sürətinin artırılmasına, logistik xərclərin azalmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və nəticə etibarilə ixrac yönümlü malların beynəlxalq bazarlarda rəqabət imkanlarının artırılmasına və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək.

“Bir pəncərə” informasiya sistemi Azərbaycanın tranzit potensialının daha da artırılmasına, xarici ticarətin inkişafına, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Bu layihə eyni zamanda Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına və müasir logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri