Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rəqəmsal Logistika Platforması 2026 cı ildə fəaliyyətə başlayacaq

Rəqəmsal Logistika Platforması 2026 cı ildə fəaliyyətə başlayacaq

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal Logistika Platforması 2026-cı ilin əvvəlindən mərhələli şəkildə ilin sonuna qədər istifadəyə veriləcək. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, hazırda 13 dövlət qurumu xidmətlərinin inteqrasiyasını tamamlayıb, bu, faktiki olaraq Rəqəmsal Logistika Platformasında beynəlxalq ticarət əməliyyatları üzrə prosedurların 65 faizinin elektronlaşması deməkdir. Digər təşkilatlar isə inteqrasiyanı yaxın aylarda yekunlaşdıracaq. Ümumilikdə, 30-dan artıq dövlət qurumu bütün xidmətlərini həmin platformaya inteqrasiya edəcək.  Nəticədə yeni platforma işlək rejimdə bütün ticarət rejimlərini - idxal, ixrac və tranziti əhatə etməklə, lisenziyaların və sertifikatların əldə olunmasını da vahid pəncərə əsasında reallaşdıracaq. Bütün dövlət qurumlarının və aidiyyəti strukturların xidmət bloklarının vahid pəncərəyə qoşulmasından sonra biznes icmasının və digər bütün e-ticarət iştirakçılarının bir ticarət bələdçisi üzərindən idxal və ixrac prosesləri, habelə tranzit-logistika sxemləri rəqəmsal arxitektura əsasında tənzimlənəcək.

Xarici ticarət iştirakçıları üçün əlçatan ekosistem

Qeyd edək ki, Rəqəmsal Logistika Platforması ((DLP - Digital Logistics Platform) dövlət başçısının müvafiq fərmanına əsasən, qurulmaqdadır. Məqsəd Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması, xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkəmizin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirməkdir.

DLP - idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platforma hesab edilir. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.

Ticarət əməliyyatları “ağıllı sistem”lə idarə olunacaq

Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.

Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.

Startapların rəqəmsal sənayeyə inteqrasiyası, “Amazon”la əməkdaşlıq

“Rəqəmsal dövlət” quruculuğu strategiyasına əsasən, rəqəmsal ticarətlə yanaşı, sənayenin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu prosesin əsas hərəkətverici qüvvəsi kimi kiçik və orta sahibkarlıq subyektləri arasında rəqəmsal transformasiyanın dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin göstərilməsi, ələlxüsus da, startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi məqsədilə vahid rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulur. Motivasiya tədbirləri çərçivəsində rəqəmsal startapların sayı 250-yə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq.

Həmçinin, xarici investorlarla əlaqələr də yeni müstəvidə təşkil olunacaq, xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə prosedurların sadələşdirilməsi, əlverişli investisiya ekosisteminin gücləndirilməsi, ÜDM-də özəl xarici maliyyələşmənin payının davamlı artırılması və rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları “Amazon”, “AliExpress”  ilə əməkdaşlığın genişləndirilməsi də strateji hədəf istiqamətlərində yer alır.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:605
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri