Icma.az
close
up
RU
Rəqəmsal Logistika Platforması Azərbaycanın iqtisadi dayanıqlılığını möhkəmləndirəcək ŞƏRH

Rəqəmsal Logistika Platforması Azərbaycanın iqtisadi dayanıqlılığını möhkəmləndirəcək ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 dekabr, L.Muradzadə, AZƏRTAC

Tranzit ölkə olaraq biz ərazimizdən keçən əmtəə dövriyyəsinin sabit artımını müşahidə edirik. Təbii ki, bu prosesə mane olan müəyyən hallar mövcuddur. Xüsusilə bəzi yüklər üçün icazə sənədləri tələb olunur ki, yük sadəcə tranzitlə daşınsa da, tədarükçülər bu barədə hər zaman məlumatlı olmurlar. Mövcud vəziyyəti qiymətləndirərkən demək olar ki, bu kimi hallarda ətraflı yoxlamaya ehtiyac yoxdur, buna görə də yaradılacaq Rəqəmsal Logistika Platforması sistemi əhəmiyyətli dərəcədə sadələşdirəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli Rəqəmsal Logistika Platformasının (DLP – Digital Logistics Platform) yaradılması ilə bağlı son qərarı şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, bu platforma, məsələn, Çində hansı sənədlərin tələb olunduğunu öyrənməyə imkan verəcək ki, bu da onların əvvəlcədən təqdim edilməsinə şərait yaradacaq.

“Beləliklə, yükün sərhədə çatdığı vaxt bütün sənədlər paketi artıq hazır olacaq. Sənədlərin alınması ilə bağlı mürəkkəb prosedurlar sadələşdiriləcək. Rəqəmsal platformanın yaradılması barədə qərar uzun müddətdir gözlənilirdi. Bu addım logistikanın sadələşdirilməsinə və gələcəkdə tranzit daşımaların həcminin artırılmasına imkan verəcək ki, bu da öz növbəsində ölkəmizin regional inteqrasiyasına töhfə verəcək”, – deyə o əlavə edib.

Ekspert hesab edir ki, hələ qarşıda çox məsələləri həll etmək lazım gələcək. “Bu, tariflərin optimallaşdırılması, tranzit ölkələr üçün qanunvericilik standartlarının tətbiqi və iqtisadi inteqrasiya çərçivəsində nail olmağa çalışdığımız vahid əlavə dəyər zəncirinin yaradılmasıdır. Biz bunun üzərində işləməli, prosesləri öyrənməli və sistemin sadələşdirilməsi, investisiya cəlbediciliyinin yaxşılaşdırılması üçün təkliflər irəli sürməliyik. Bu gün biz aşkar edilməli və təhlil olunmalı çoxsaylı çağırışlarla üzləşirik”, – deyə müsahibimiz qeyd edib.

“Rəqəmsal Logistika Platforması daim təkmilləşdiriləcək, digər ölkələrin, ilk növbədə, türk dövlətlərinin, sonrakı mərhələdə isə Gürcüstanın və digər tərəfdaşların elektron sistemləri ilə inteqrasiya olunacaq. Bu, Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və ölkəmizin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət edən keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri