“Gömrük tarifi haqqında” qanunda dəyişiklik I oxunuşda qəbul edilib
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gömrük tarifi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.
Missiya.Az xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq olunub.

