Icma.az
close
up
RU
Ramiz Mehdiyev Türkiyəyə yardıma qarşı çıxıbmış Yeni faktlar

Ramiz Mehdiyev Türkiyəyə yardıma qarşı çıxıbmış Yeni faktlar

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ümummilli Lideri Heydər Əliyevin 1993–1999-cu illərdə köməkçisi və Prezident katibliyinin rəhbəri vəzifələrində işləmiş Eldar Namazov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yeni faktlar açıqlayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Eldar Namazov Mehdiyevin vaxtilə Türkiyəyə zəlzələyə görə yardıma mane olmağa cəhd etdiyini bildirib. Bu barədə o, jurnalist Akif Təvəkküloğluna müsahibəsində bildirib.

“90-cı ilərin ortalarında Türkiyədə dəhşətli zəlzələ olmuşdu. Həmin vaxt Azərbaycan mediasında Türkiyəyə yardım kampaniyası başladıldı. Televiziyada deyilirdi ki, SOCAR-ın I vitse-prezidenti İlham Əliyev də Türkiyəyə yardım kampaniyasına dəstək verib.

Sonra məlumat getdi ki, Müdafiə Nazirliyi Türkiyəyə yardıma başlayb. Bu yardımlara çadırlar, ləvazimatlar, dərmanlar aid idi. Həmin anda Ramiz Mehdiyev nazirliklərə zəng edib, hamısının üstünə təpinirdi ki, “siz niyə Türkiyəyə dəstək verirsiniz?  Türkiyə bizdən varlı dövlətdir, Azərbaycan niyə Türkiyəyə dəstək verməlidir?”.

Bu məsələ ilə bağlı Heydər Əliyev iclas keçirdi. Ramiz Mehdiyevi ayağa qaldırıb dedi, “sən nə danışırsan, Türkiyə bizə qardaş dövlətdir, fərqi nədir bizdən varlıdı, ya yox? Qardaş ölkədə zəlzələ olub, insan tələfatları baş verib, biz ora qardaş dəstəyimizi göndəririk. Yardımın həcminin mənası yoxdur, əsas odur ki, qardaş qardaşa kömək etməlidir”.

Bu isə (Ramiz Mehdiyev-red) nazirliklərə, o cümlədən Müdafiə Nazirliyinə zəng edib, “siz niyə dövlət malını dağıdıb, Türkiyəyə yardım edirsiniz” deyib. Nazirliklər də ona cavab veriblər ki, prezidentin tapşırığı var, İlham Əliyev cənabları bu işdə işirak edir. O da SOCAR-ın xətti ilə Türkiyəyə yardım edir”.

E.Namazov onu da qeyd edib ki, o zaman dövlət başçısının xarici səfərləri zamanı Ramiz Mehdiyev daxildə təxribatlara əl atırmış:

“Bundan başqa Azərbaycan Prezidenti nə zaman Avropa ölkəsinə səfər edirdisə, onun təyyarəsi səmaya qalxan kimi Ramiz Mehdiyev mütləq bir-iki “çepe” törədirdi, ya gözlənilmədən dava-dalaş düşür, ya da kimlərsə həbs olunurdu. Elə bir vəziyyət yaradırdı ki, Azərbaycan Prezidenti Avropada, yaxud başqa yerlərdə  ölkənin maraqları barədə danışanda gündəlik tamam dəyişirdi. Aləm bir-birinə qarışırdı ki, Azərbaycanda nəsə baş verib. Bax, o rejimi hamı tutmuşdu. Azərbaycan Prezidenti xaricə səfər edəndə daxildə deyirdilər ki, hazırlaşmalıyıq. Prezident xaricə gedən kimi Ramiz Mehdiyev burada nəsə “çepe” törədəcək və bu, Azərbaycan Prezidentinin danışıqlarına da təsir göstərəcək. Bir sözlə, Ramiz Mehdiyev Azərbaycan Prezidentinin danışıqlarını ya pozmağa, ya da çətin vəziyyətə salmağa çalışırdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri