Icma.az
close
up
RU
Əli Kərimli Ramiz Mehdiyev əlaqələrinə dair yeni faktlar üzə çıxdı ANALİZ

Əli Kərimli Ramiz Mehdiyev əlaqələrinə dair yeni faktlar üzə çıxdı ANALİZ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Boz kardinal"ın Əli Kərimliyə Dərbənd şəhərində mağaza, Londonda isə ev bağışladığı məlum oldu

Dünya dəyişir, müasir texnologiyalar cəmiyyətlərin, eləcə də insanların həyatının və yaşayışının dəyişməsinə gətirib çıxarır. Belə məsuliyyətli dövrdə hər kəsin üzərinə əsaslı vəzifələr düşür. Başlıcası insanlar özləri, yaxınları ilə yanaşı dövlətlərinin də maraqlarından çıxış etməyi bacarmalıdır. Təəssüflər olsun ki, elə insanlar var ki, yalnız öz mənafeyini düşünür və buna uyğun addımlar atır. Bu da nəticədə arzuolunmaz nəticələrə gətirib çıxarır. Misal olaraq Azərbaycan reallığında siyasi arenada fəaliyyət göstərən bəzi dağıdıcı müxalif ünsürlərin müasir yeniliklərdən ictimai maraqlara zidd istifadə etmələrini göstərmək olar. Təbii ki, bu kimi fəaliyyət onların cəmiyyətin gözündən, ictimai rəyin nəzərindən daha da düşmələrinə gətirib çıxarır. Haqlı olaraq cəmiyyət onları rədd edir. Yəqin ki, qısa müddət sonra Milli Şura, Müsavat, AXCP kimi qurumlar siyasi səhnəni tərk etmək məcburiyyətində qalacaqlar. Bu, həm də Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərlərinin siyasətlə vidalaşması demək olacaq. Bununla da hesab etmək olar ki, müxalifət düşərgəsində təmizlənmə başa çatacaq. Düzdür, boşboğazlar yığnağı vəziyyətdən çıxmaq üçün müxtəlif vasitə və üsullardan, o cümlədən sözdə söydükləri, əməldə "can qardaşım" dedikləri Ramiz Mehdiyev və dəstəsinin üzvləri ilə geniş əməkdaşlıq edirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev və dəstəsi ifşa olunduqdan sonra Əli Kərimli, Cəmil Həsənli ondan imtina etməyə çalışırlar. Hətta Ə.Kərimli ona lağ edir, haqqında xoşagəlməz ifadələr səsləndirir. Lakin fakt faktlığında qalır. Belə ki, bir sıra sənədlərə, eləcə də keçmiş dövlət məmurlarının, siyasi partiya rəhbərlərinin fikir və rəylərinə əsasən təsdiq olunur ki, 2000-ci ildən başlayaraq AXCP, Müsavat birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. Əlaqələrin R.Mehdiyevin istəklərinə uyğun qurulması nəticəsində dağıdıcı müxalifətə 18 milyon manatdan artıq maliyyə yardımları edilib. Hətta iddialar görə, Ramiz Mehdiyev İsa Qəmbər və Arif Hacılıya Bakının Əhmədli qəsəbəsində üç aptek, metronun yaxınlığında iki mağaza bağışlayıb.

Londonda Əli Kərimliyə ev bağışlanmasının səbəbi məlum oldu

Ramiz Mehdiyev Əli Kərimlinin "fəaliyyəti"ni yüksək qiymətləndirib və ona mükafat olaraq Dərbənd şəhərində Rəşid bəy Əfəndiyev küçəsi ilə Vahidova küçəsinin kəsişməsində 560 kvmetr sahəsi olan ticarət mərkəzi, həmin şəhərin Bazarmaya küçəsində Turizm mərkəzi bağışlayıb. Bununla yanaşı Ramiz Mehdiyevin Əli Kərimliyə Londonda Baker Street küçəsində 3 otaqlı mənzil bağışlayıb. Hazırda həmin mənzildə AXCP sədri Əli Kərimlinin iki oğlu yaşayır. Bütün bunlar faktdır və təkzib edilməsi qeyri-mümkündür. Faktlardan biri də ondan ibarətdir ki, AXCP sədri Əli Kərimli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı Milli Şuranın rəhbəri Cəmil Həsənli uzun illərdir ki, heç bir yerdə işləmirlər, rəsmi gəlirləri yoxdur. Ancaq İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli tez-tez xaricə səfərlər edirlər. Əli Kərimli 2 bahalı xarici avtomobillə 4 mühafizəçinin müşayiəti ilə şəhərdə hərəkət edir. Sual olunur, sözügedən bu şəxslər hansı vəsait hesabına xaricə səfərlər edir, bahalı avtomobillərin sahibi olaraq şəhərdə hərəkət edirlər? Söz yox ki, yeri qazıb qızıldan, puldan- paradan tapmırlar, göydən də var dövlətin bilavasitə onların başlarına düşməsi inandırıcı deyil. Elə isə bu qədər vəsait tələb edən ehtiyacları hansı pullarla əldə edir və ya həyata keçirirlər? Təbii ki, Ramiz Mehdiyev kimi qazları yolmaqla və xaricdəki erməni lobbisindən müəyyən tapşırıqları yerinə yetirmələri qarşılığında böyük məbləğdə pullar alıblar və heç şübhəsiz ki, hansısa açılan "çığır" vasitəsi ilə hələ də onlara pullar ötürülür. Baxmayaraq ki, Ramiz Mehdiyev vəzifəzindən azad edilib və hazırda həbsdədir. Lakin nəzərə almaq lazımdır ki, R.Mehdiyevin dəstəsinin bəzi üzvləri azadlıqdadır. Ehtimal etmək olar ki, Ə.Kərimlinin ağzını yummaq üçün R.Mehdiyevin qara "kassa"ları Ə.Kərimliyə, İsa Qəmbərə, Arif Hacılıya pullar çatdırırlar. Belə analoji əməli hazırda istintaq altında olan iş adamı Adnan Əhmədzadənin mətbuata məlum olan fikirlərindən məlum olub. Belə ki, Ramiz Mehdiyev Prezident Administrasiyasındakı işindən azad edilsə də, Adnan Əhmədzadə ona çatmalı olan pulları davamlı olaraq ona və ailəsinin xaricdə olan üzvlərinə çatdırıb. Məlumata görə, Adnan Əhmədzadənin şirkətlərindən biri üzərindən sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə davamlı pul köçürüb. Bildirilir ki, Adnan Əhmədzadə bu köçürmələrə Ramiz Mehdiyevin PA rəhbəri olduğu zamandan start verildiyini deyib. Bununla belə Adnan Əhmədzadə əlavə edib ki, Ramiz Mehdiyev PA-dan kənarlaşdırılandan sonra ona bu əməliyyatı dayandırması barədə yuxarıdan hər hansı bir bildiriş gəlməyib: "Ona görə də pulköçürmə əməliyyatı son zamanlara qədər davam edib".
Araşdımalarla sübuta yetirilib ki, A.Əhmədzadə R.Mehdiyevin Dunbaydakı şirkətinə ümumilik də 70-80 milyon ABŞ dolları köçürüb.

Əli Kərimlinin trollarının fəallaşmasının səbəbi bəlli olur

Azərbaycan cəmiyyəti arasında Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənlinin və Arif Hacılının satqın və xəyanətkar mövqeyə malik olduqlarını bildiklərindən yeni məlumatlardan bir qədər təəccüblənmədilər. Bunu aydın şəkildə anlayan Əli Kərimli və İsa Qəmbər özlərini geniş müdafiə xarakterli fəaliyyətə başlayıblar. Lakin danışdıqca özlərini bir qədər də batırır, ifşa edirlər. Əli Kərimli əməli fəaliyyəti ilə bir daha trol olduğunu nümayiş etdirir. Bu işdə ona müavinləri və ətrafındakı qaragüruhçular da dəstək olurlar. Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn, Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı xarici qrantdan, Ramiz Mehdiyevin çatdırdığı pullardan onlara da verir. Bu isə utancvericidir. Çünki özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırıqlarına boyun əyib, trolluq etməz.

Reallıqlar təsdiq edir ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının cəhdləri uğursuzluğa düçar olur. Buna baxmayaraq hələ də hərəsi əlinə bir zurna alıb nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə piləməkdə davam edirlər. Bu isə onların həddindən artıq riyakar və abırsız məxluq olduqlarını göstərir. Belə ünsür uzun müddət siyasi arenada qala bilməz. Ən azı insanların rəğbətini qazanması mümkünsüzdür. Ona görə də, tam əminliklə demək olar ki, xalqa düşmən kəsilən, dövlət çevrilişi etməyə cəhd edənlərlə eyni maraqları bölüşmək və eyni qazandan qidalanmaq nəticə etibarı ilə onların siyasi məhvlərinə gətirib çıxaracaq.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri