Icma.az
close
up
RU
Google a qarşı məhkəmə iddiası: Səbəb süni intellekt cavablarıdır

Google a qarşı məhkəmə iddiası: Səbəb süni intellekt cavablarıdır

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Google" şirkətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb. Şirkətin axtarış sisteminə əlavə etdiyi süni intellekt cavabları – "AI Overviews" funksiyası media qurumlarının narazılığına səbəb olub. İddianı "Rolling Stone", "Variety" və digər nəşrlərə sahib olan "Penske Media Corporation" qaldırıb.

Qaynarinfo xəbər verir ki, "AI Overviews" istifadəçilərin sorğularına qısa, ümumiləşdirilmiş cavablar təqdim edir və axtarış nəticələrinin yuxarı hissəsində göstərilir. Nəşriyyat nümayəndələrinin sözlərinə görə, bu funksiya saytlara daxilolmaları azaldır və jurnalistləri qanunsuz olaraq reklam gəlirlərindən məhrum edir. Onların hesablamalarına görə, hazırda "Google"da "Penske" resurslarına yönləndirilən sorğuların təxminən 20 faizində süni intellekt cavabları göstərilir və bu göstəricinin artacağı gözlənilir.

"Google" isə ittihamlarla razılaşmır. Şirkət bildirir ki, süni intellekt dəstəyi ilə axtarış daha faydalı olub və istifadəçilər xidmətdən daha çox yararlanmağa başlayıblar.

"Engadget"in məlumatına görə, "Google"un axtarışdakı süni intellekt yanaşması ilə bağlı iradlar əvvəllər də səsləndirilsə də, "Penske Media Corporation" bu səbəbdən məhkəməyə müraciət edən ilk böyük ABŞ nəşriyyatıdır.

Bundan əlavə, sosial şəbəkələrdə "AI Overviews" tərəfindən yaradılan qeyri-adi və bəzən yanlış cavab nümunələri də paylaşılır. Mütəxəssislər bildirirlər ki, məhdud və ya əlaqəsiz məzmun əsasında cavablar yaradıla bilər. "Google" komandası belə halları azaltmaq üzərində işlədiyini açıqlayıb.

Xatırladaq ki, bu ayın əvvəlində Avropa İttifaqı "Google"-a rəqabət qaydalarını pozduğuna görə təxminən 3 milyard avro cərimə kəsib. ABŞ prezidenti Donald Tramp isə buna etiraz edərək Avropanı sərt nəticələrlə hədələyib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri