Süni intellekt cavablarına görə Google a qarşı məhkəmə iddiası qaldırılıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Axtarış sorğularına süni intellektin cavab verməsinə görə "Google"a qarşı məhkəmə iddiası qaldırılıb.
APA xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.
Məlumata əsasən, iddiaçılar bildirir ki, süni intellektlə cavab funksiyası – AI Overviews funksiyası saytlara olan trafiki azaldır və jurnalistləri qanunsuz olaraq gəlirdən məhrum edir. Belə ki, istifadəçi sorğularına qısa və ümumiləşdirilmiş cavablar təqdim edən süni intellect onların digər saytlara keçməsinə ehtiyac yaratmır, nəticədə saytların trafiki azalır, jurnalistlər və nəşriyyatlar gəlir itirirlər. Bu səbəbdən "Rolling Stone", "Variety" və digər media brendlərinin sahibi olan "Penske Media Corporation" şirkəti "Google"-a qarşı məhkəmə iddiası qaldırıb.
Google bu iddialarla razılaşmır və bildirir ki, AI Overviews sayəsində istifadəçilər axtarışı daha faydalı hesab edir və ondan daha çox istifadə edirlər.
Qeyd edək ki, bu ayın əvvəlində Avropa İttifaqı "Google"-u rəqabət qaydalarını pozduğuna görə təxminən 3 milyard avro məbləğində cərimələmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















