Icma.az
close
up
RU
Apple dan Google a süni intellekt zərbəsi

Apple dan Google a süni intellekt zərbəsi

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Apple” “Safari” brauzerinə süni intellektlə dəstəklənən axtarış sistemi inteqrasiya etməklə “Google”un milyardlarla dollar dəyərindəki axtarış bazarındakı liderliyini sarsıtmağa hazırlaşır. 

Valyuta.az xəbər verir ki, bu addım onlayn axtarış sahəsində yeni bir dövrün başlanğıcı ola bilər.

“Safari”də süni intellekt dəstəyi ilə yeni mərhələ

“Bloomberg”in xəbərinə görə, “Apple” “Safari” brauzerini tamamilə yenidən dizayn edərək, axtarış təcrübəsini süni intellekt əsasında formalaşdırmaq niyyətindədir. Bu təşəbbüs, ənənəvi axtarış sistemlərinin yerini süni intellekt əsaslı həllərə verə biləcəyini göstərir.

Hazırda “Apple” cihazlarında standart axtarış sistemi kimi “Google” istifadə olunur və bunun müqabilində “Google” hər il “Apple”a təxminən 20 milyard dollar ödəyir. Bu razılaşma “Google”un “Safari” üzərindən əldə etdiyi ümumi reklam gəlirinin təqribən 36 faizini təşkil edir. Beləliklə, “Apple”ın bu əməkdaşlıqdan imtina etməsi “Google” üçün milyardlarla dollar gəlir itkisi deməkdir.

Axtarış vərdişləri dəyişir

“Apple” rəhbərlərindən Eddi Kyu ötən ay bildirib ki, “Safari” üzərindən edilən axtarışların sayında ilk dəfə azalma müşahidə olunub. Onun fikrincə, bu azalma istifadəçilərin informasiya əldə etmək üçün süni alətlərindən daha çox istifadə etməyə başlaması ilə bağlıdır.

Kyu əlavə edib ki, “OpenAI” və “Perplexity AI” kimi süni intellekt həlləri zamanla ənənəvi axtarış sistemlərini əvəz edə bilər. Bu səbəbdən həm “Apple”, həm də “Google” süni intellekt əsaslı axtarış texnologiyalarını gələcəkdə “Safari” kimi brauzerlərə inteqrasiya etməyi planlaşdırır. Lakin bu texnologiyaların yaxın müddətdə əsas axtarış sistemi kimi təqdim olunmayacağı vurğulanıb.

Rəqabət qızışır: süni intellektlə axtarış yarışı

Digər tərəfdən, “Apple” 2025-ci ilin iyun ayında təqdim ediləcək “iPhone 17” modelində “Google”un “Gemini” süni intellekt texnologiyasını istifadə etmək üçün “Google” ilə danışıqlar aparır.

Eyni zamanda, “OpenAI” və “Perplexity” kimi süni intellekt yönümlü startaplar da “Google” üçün ciddi rəqabət təzyiqi yaradır. Məlumatlara görə, “ChatGPT” “Apple” ilə əldə edilən xüsusi razılaşma çərçivəsində “Siri”yə inteqrasiya ediləcək seçimlərdən birinə çevrilə bilər.

Ekspert rəyi: “Google“un reklam monopoliyasına zərbə

“DA Davidson” şirkətindən analitik Gil Luriya bildirib ki, “Google” hazırda axtarış bazarında təxminən 90 faiz paya sahibdir və bu, faktiki bir monopoliyadır. Onun sözlərinə görə, güclü alternativlər ortaya çıxarsa, reklamverənlər büdcələrini “Google”dan başqa platformalara yönəldə bilər və bu da “Google”un reklam gəlirlərinə birbaşa təsir edər.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri