Icma.az
close
up
RU
“Google” Avropa İttifaqının süni intellektin tətbiqi qaydalarını imzalayacaq

“Google” Avropa İttifaqının süni intellektin tətbiqi qaydalarını imzalayacaq

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” Avropa İttifaqının süni intellektin tətbiqi qaydalarına imza atacağını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkət bununla yanaşı xəbərdarlıq edib ki, bu tənzimləmələr Avropada süni intellektin inkişafını ləngidə bilər. “Google”un Qlobal Əlaqələr üzrə rəhbəri Kent Uolker tətbiq qaydalarının yekun variantının Aİ-nin ilkin təklifindən daha yaxşı olduğunu qəbul etsə də, Süni İntellekt Qanunu və qaydalarla bağlı narahatlıqlarının hələ də mövcud olduğunu bildirib. 

Uolker qeyd edib: “Süni İntellekt Qanunu və Tənzimləmələrinin Avropada süni intellektin inkişafı və tətbiqini ləngitmək riski daşımasından narahatıq.”

Bu qaydalardan təsirlənməsi ehtimal olunan şirkətlər arasında “Anthropic”, “Google”, “Meta” və “OpenAI” kimi nəhəng adlar da yer alır. Xüsusilə “Meta” bu ayın əvvəlində Aİ-nin süni intellektlə bağlı qanunvericiliyi tətbiq etmə tərzini “həddindən artıq səlahiyyətdən istifadə” kimi qiymətləndirərək, Avropanın süni intellekt sahəsində yanlış yolda olduğunu bildirmiş və bu səbəbdən qaydaları imzalamayacağını açıqlamışdı.

Aİ-nin Süni İntellekt Qaydaları nələri əhatə edir?

Avropa İttifaqının süni intellektdən istifadə ilə bağlı mərhələli şəkildə sərt qaydalar tətbiq edən qanunun müddəaları 1 avqustdan qüvvəyə minəcək. Bu çərçivədə aşağıdakı süni intellekt sistemlərinin istifadəsi qadağan edilib:

Sosial reytinq aparan sistemlər,

İş yerlərində və təhsil müəssisələrində emosiyaları müəyyən edən sistemlər,

İnternet və ya müşahidə kameralarından əldə edilən üz görüntüləri ilə verilənlər bazası yaradan sistemlər,

Fərdlərin xüsusiyyətlərini əsas götürərək cinayət törətmə riski ilə bağlı profil çıxaran sistemlər,

İrq, siyasi baxış, həmkarlar ittifaqına üzvlük, din, inanc, cinsi həyat kimi məlumatları kateqoriyalara ayıran biometrik süni intellekt sistemləri.​

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 İyul 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri