Süni intellektin özbaşınalığına görə Google məhkəməyə verildi
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də internetin aparıcı axtarış sistemi olan “Google”a qarşı kütləvi məhkəmə iddiası qaldırılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Google”ın süni intellekti (Sİ) “Gemini” bütün istifadəçilərin söhbətlərini və şəxsi məlumatlarını gizli şəkildə izləməkdə ittiham olunur.
İddia internet şirkətlərinin şəxsi məlumatlarımızı özbaşına toplamasının və öz mənfəətləri üçün istifadə etməsinin qarşısını almaq üçün qaldırılıb.
“Bloomberg” yazır ki, “Gemini” “Gmail”, “Chat” və “Meet”də istifadəçilərin xəbəri və ya razılığı olmadan aktivləşdirilib.
İstifadəçilər “Gemini”ni deaktiv edə bilər, lakin bu, olduqca mürəkkəbdir və əksər istifadəçilər bunu necə edəcəyini bilmir.
Belə olan halda (“gemini” söndürülmədikdə) “Google” "Gmail”də göndərilən və alınan bütün elektron poçtlara, bütün əlavələrə, “Google Chat” söhbətlərinə və “Google Meet” zəng qeydlərinə daxil ola bilər.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 15 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















