Icma.az
close
up
RU
Google gecikdi, zərər artıq VERİLDİ

Google gecikdi, zərər artıq VERİLDİ

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni təhlükəsizlik hesabatına görə, Chrome Web Store-da populyar olan bir sıra uzantılar, ümumilikdə 1,7 milyon istifadəçini izləyib və onların brauzer fəaliyyətlərini xarici serverlərə ötürüb.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Yalnız Google Chrome-da deyil, Microsoft Edge mağazasında da bənzər zərərli uzantılar aşkarlanıb. Koi Security tədqiqatçılarının bildirdiyinə görə, bu zərərli əlavələr əsasən rəng seçici, emoji klaviaturası, VPN kimi günahsız görünən alətlər formasında təqdim olunub.

Bu uzantılar, istifadəçinin daxil olduğu bütün vebsaytların ünvanlarını və unikal identifikatorlarını toplayaraq gizli şəkildə xarici serverlərə göndərib. Hətta serverdən gələn cavablarla istifadəçilər təhlükəli ünvanlara yönləndirilə bilərdi ki, bu da potensial kiber hücumlara şərait yaradırdı.

Ən çox diqqət çəkən uzantılardan bəziləri:

Color Picker, Eyedropper — Geco colorpick

Emoji keyboard online — copy&paste your emoji

Free Weather Forecast

Video Speed Controller — Video manager

Unlock Discord — VPN Proxy to Unblock Discord Anywhere

Dark Theme — Dark Reader for Chrome

Volume Max — Ultimate Sound Booster

Unblock TikTok — One-Click Proxy

Unlock YouTube VPN

Araşdırmalara görə, bu əlavələrin ilkin versiyalarında zərərli kod yox idi, sonradan səssiz yeniləmələrlə əlavə olunub. Google-un avtomatik yeniləmə sistemi isə istifadəçidən icazə almadan əlavələrin yeni versiyalarını quraşdırıb.

Bəzi uzantıların sonradan hakerlər tərəfindən ələ keçirildiyi və casusluq məqsədilə istifadə edildiyi ehtimal olunur.

Koi Security-yə görə, Microsoft Edge mağazasında da 600 min yükləməyə çatan oxşar zərərli uzantılar aşkarlanıb. Ümumilikdə 18 uzantı və 2,3 milyon istifadəçi bu problemdən təsirlənib. Google, 10 iyul tarixində bu uzantıların hamısını mağazadan sildiyini təsdiqləyib. Amma bu vaxta qədər nə qədər məlumatın sızdığı hələ də məlum deyil.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri