Icma.az
close
up
RU
Googlenin axtarış trafiki və mənfəəti azalır Süni İntellekt rəqibə çevrilir

Googlenin axtarış trafiki və mənfəəti azalır Süni İntellekt rəqibə çevrilir

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Google-nin brauzer axtarış trafiki və mənfəəti azalır.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Google rəhbərliyi süni intellektin (AI) inkişafı, marketpleys-in populyarlığı və Google tərəfindən təqdim edilən axtarış məlumatlarının keyfiyyətinin pisləşməsi səbəbindən brauzer axtarış trafikinin və mənfəətin azalmasından narahatdır.

Bu barədə The Wall Street Journal “Google qocalar üçündür. Google-un problemi budur” başlığı ilə yazı verib.

“Əgər Google gəmi olsaydı, aysberqə çarpmazdan bir neçə saat əvvəlki “Titanik” olardı: Yüksəkdə üzən, guya batmaz və adı fəlakətin sinonimi olan gəmi. Google-a qarşı tendensiyalar o qədər çox və bir-biri ilə bağlıdır ki, Ədliyyə Departamentinin şirkəti parçalamaq cəhdi onun problemlərindən ən kiçiyi sayıla bilər”.

Qəzet eMarketer-in platformasının proqnozuna istinadən yazır ki, 2025-ci ildə Google-un ABŞ-ın axtarış reklamları bazarındakı payı şirkət onu izləməyə başladıqdan sonra ilk dəfə olaraq 50 faizdən  aşağı düşəcək.

Nəşr qeyd edir ki, hazırda gənc nəsil məlumat toplamaq üçün başqa platformalardan, xüsusən də süni intellektdən istifadə edir. Məsələn, OpenAI Korporasiyası ChatGPT-ə internet axtarışını əlavə edib. Meta Platforms öz axtarış sistemini yaratmaq niyyətindədir.

Qəzet əlavə edir: “Hətta İnternetdə axtarış edə bilməyən süni intellekt chatbotları getdikcə bir çox problemləri həll etmək qabiliyyətinə malikdir. Microsoft və Apple onları əməliyyat sistemlərinə inteqrasiya edir”.

Üstəlik, Amazon reklamçılardan milyardlarla dollar qazanır. Çünki istifadəçilər məhsul seçərkən Google axtarış sistemindən yan keçərək birbaşa bazara gedirlər. Skai reklam platformasına görə, Google reklamlarına kliklər keçən illə müqayisədə 8% azalıb.

Süni intellektlə yaradılan məzmunun çoxalması səbəbindən ümumilikdə axtarış nəticələrinin azalması da Google-un populyarlığını təhdid edir.

Xatırladaq ki, noyabrın 20-də ABŞ Ədliyyə Nazirliyi Kolumbiya Dairəsinin Federal Məhkəməsinə axtarış sistemləri bazarında Google-un inhisarının aradan qaldırılması ilə bağlı öz tövsiyələrini göndərib. Şirkətdən Chrome brauzerini satmaq, həmçinin beş il müddətinə axtarış sahəsinə, o cümlədən süni intellektə əsaslanan aktivlərə investisiya qoymaqdan və ya almaqdan imtina etmək tələb olunur.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri