Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 mart, AZƏRTAC
Süni intellektin (AI) həyatımızın bir çox sahəsində faydaları var. Buna görə də AI və təhlükəsizlik məsələləri ciddi şəkildə müzakirə olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzulu paneldə Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.
“Çinli mütəxəssislərin fikrincə, süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir. Eyni zamanda, silahların inkişaf etdirilməsi prosesində də mühüm rol oynayır. Bu səbəbdən mənalı insan nəzarəti prinsipi əsas tutulmalıdır. Xüsusilə ölümcül sistemlərin idarə olunmasında insan nəzarəti mütləq vacibdir. Bəzi sistemlər yalnız insanların ciddi və davamlı nəzarəti altında tətbiq edilməlidir”,- deyə sabiq xarici işlər naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 14 Mart 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















