Icma.az
close
up
RU
Goranboydakı yanğın: bu iddialar əsassızdır “Avronyus”

Goranboydakı yanğın: bu iddialar əsassızdır “Avronyus”

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Avronyus Serbiya” (Euronews Serbia) Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş vermiş yanğın və hadisə ətrafında yayılan məlumatlarla bağlı material dərc edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, “Bakı niyə sursat anbarındakı yanğınla bağlı Azərbaycana qarşı hibrid informasiya hücumu aparıldığını bildirir?” sərlövhəli materialda hadisə ilə bağlı Azərbaycan dövlət qurumlarının açıqlamaları ilə yanaşı, Polşada yerləşən Belarus müxalif media platforması “Nexta”nın yaydığı iddialara da yer verilib.

Məqalədə qeyd olunur ki, sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında partlayışlarla müşayiət olunan yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ətrafdakı obyektlərə ziyan dəyməyib.

“Avronyus Serbiya” Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla yazır ki, aidiyyəti qurumların əməkdaşları dərhal hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik məqsədilə Nizami və Xoylu kəndlərindən təxminən 5 min sakin təxliyə edilib və həmin gün axşam onların evlərinə qayıtmalarına icazə verilib.

Materialda xüsusi olaraq vurğulanıb ki, Azərbaycan qurumları araşdırma davam etdiyindən yanğının səbəbi barədə hər hansı məlumat açıqlamayıb.

Bildirilib ki, bununla belə, “Nexta” kanalı hadisənin səbəbi müəyyən edilməmiş onu mümkün təxribat kimi təqdim edən material yayımlayıb.

“Hadisə yerindən rəsmi hesabatların olmamasına baxmayaraq, Polşada yerləşən Belarus müxalif media platforması Nexta X sosial şəbəkəsində hadisənin təxribat ola biləcəyini irəli sürən material yayımlayıb”, – “Avronyus Serbiya”yazır.

Məqalədə diqqət çəkilən əsas məqamlardan biri isə “Nexta”nın bu ehtimalı təsdiqləyəcək hər hansı mənbə və ya sübut göstərməməsidir. Bildirilib ki, kanal “Azərbaycanda təxribat?” başlığı altında yaydığı materialda sursat anbarındakı yanğını Bakı-Moskva münasibətlərindəki mövcud vəziyyətlə əlaqələndirib.

“Nexta heç bir sübut təqdim etmədən, rəsmi və ya qeyri-rəsmi mənbəyə istinad etmədən sursat anbarında baş verən hadisəni Bakı ilə Moskva arasındakı münasibətlərlə əlaqələndirib və bu münasibətlərin “uzun müddətdir gərgin olduğunu” bildirib”, – məqalədə qeyd olunur.

Nəşr yazır ki, “Nexta” bu kontekstdə Azərbaycan prokurorluğunun üç Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan etməsini də xatırladıb. Kanal, həmçinin heç bir rəsmi açıqlamaya istinad etmədən Rusiyanın Azərbaycanın Ukraynaya gizli silah tədarük etməsindən “illərdir şübhələndiyini” iddia edib.

Məqalədə “Nexta”nın yanaşmasındakı ziddiyyətə də diqqət çəkilir. Belə ki, kanal özü yanğının səbəbinin müəyyənləşdirilmədiyini etiraf etsə də, bundan dərhal sonra hadisəni Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirib.

“Üstəlik, Nexta kanalının materialında hadisənin səbəbinin müəyyən edilmədiyi etiraf olunsa da, dərhal ardınca insident Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirilib”, – “Avronyus Serbiya”vurğulayır.

Məqalədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) məsələ ilə bağlı mövqeyi də geniş təqdim olunub. Qeyd olunub ki, Agentlik “Nexta”nın yaydığı məlumatı əsaslı sübutlara deyil, subyektiv fərziyyələrə söykənən yanaşma kimi qiymətləndirib.

MEDİA bildirib ki, yanğın hadisəsinin dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edilməsi və bunun əsasında ictimai rəyin yönləndirilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı həyata keçirilən hibrid informasiya kampaniyasının tərkib hissəsidir.

“Təhlillər göstərir ki, baş vermiş hadisə vahid mərkəzdən koordinasiya olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Öz informasiya mühitindən kənarda olan aktorları daim hibrid müharibə aparmaqda ittiham edən Qərb mediası özü Azərbaycana qarşı mütəşəkkil dezinformasiya kampaniyası həyata keçirir”, – MEDİA-nın mövqeyi “Euronews Serbia”nın materialında təqdim olunub.

Məqalədə Agentliyin son dövrlərdə Azərbaycanla bağlı oxşar yanaşmaların bir sıra Qərb media qurumlarında da müşahidə edildiyinə dair mövqeyi əksini tapıb. MEDİA belə məlumatların Azərbaycanın beynəlxalq nüfuzuna qarşı informasiya hücumunun tərkib hissəsi olduğunu bildirib.

Agentliyin mövqeyinə əsasən, “bu cür fərziyyələrin və ittihamların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri