Azər Bağırov: “İddialar tamamilə əsassızdır”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının VII turu çərçivəsində “Zirə” ilə heç-heçəyə imza atan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Hər kəsi salamlayıram. Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra keçirilən ilk matçların nə qədər çətin olduğunu yaxşı bilirdik. Bəzi futbolçularımız U-21 yığmasının heyətində uğurlu matçlar keçirdilər, bundan əlavə Oruc Məmmədov da əsas milli komandamızın heyətində meydana çıxdı. Təbii ki, xüsusən Oruc Məmmədov, Edqar Adilxanov və Emil Süleymanov kimi oyunçularımızda müəyyən fiziki yüklənmələr və yorğunluq var idi. Şükürlər olsun ki, komanda meydançada sonadək vuruşaraq vacib 1 xal qazandı. Cari mövsümdə keçirdiyimiz 6 səfər qarşılaşmasının demək olar ki, hamısından xalla ayrılmağı bacarmışıq. “Zirə” komandasına da növbəti oyunlarda uğurlar arzulayıram.
– Edqar Adilxanovla bağlı bəzi iddialar yayılıb. Onun Belçikanın “Gent” klubundan rəsmi təklif aldığı bildirilir. Bu xəbərlər nə dərəcədə doğrudur və futbolçu ilə bu barədə söhbətiniz olubmu?
– Məndə olan məlumata görə, bu iddialar tamamilə əsassızdır, yəni real təklif yoxdur. Əgər rəsmi bir şey olsaydı, klub rəhbərliyi tərəfindən bizə mütləq məlumat verilərdi. Digər tərəfdən, oyun ərəfəsində belə şayiələrin yayılmasını doğru hesab etmirəm. Çünki bu, istər-istəməz gənc futbolçunun psixologiyasına təsir edir, müəyyən diqqət dağınıqlığı yaradır. Edqara gəlincə, bu gün onu ehtiyatda saxlayaraq rotasiya etməyimizin yeganə səbəbi ona daha çox istirahət vermək istəyimiz idi. İkinci hissədə meydana daxil olaraq komandaya yeni nəfəs və güc qatmasını planlaşdırmışdıq. Daxil olduqdan sonra da pis təsir bağışlamadı.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Oktyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















