Icma.az
close
up
RU
Görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyinə həsr olunmuş konfrans keçirilib AZƏRTAC

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyinə həsr olunmuş konfrans keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr edilmiş “Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan bildirilib. Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, Azərbaycan ədəbiyyatının, klassik irsinin tədqiqində və tanıdılmasında böyük xidmətləri olan Salman Mümtazın 140 illiyi münasibətilə bir çox qurumlarda, elmi müəssisələrdə tədbirlər, konfranslar keçirilib. Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində apardığı əsaslı tədqiqatlarla, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında gördüyü işlərlə Salman Mümtaz həmişə xatırlanacaq, onun zəngin irsi həmişə aktual qalacaq.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib. Akademik vurğulayıb ki, Salman Mümtaz elə müstəsna şəxsiyyətdir ki, gərək həmişə təxəllüsü adından əvvəl çəkilə, çünki onun şəxsiyyətinə də, bütün fəaliyyətinə də mümtazlıq xasdır.

Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını qeyd edən alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçıları kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər, Azərbaycan mətnşünaslığı sahəsində göstərdiyi müstəsna xidmətlər heç vaxt unudulmayacaq, xalqımız onu qəlbində və düşüncəsində saxlamağa həmişə borclu olacaq.

Daha sonra “Mümtaz alim, “Şəki savları” və Kaşğari “Divan”ı”, “Salman Mümtaz arxivində folklor nümunələri”, “Salman Mümtazın xalq ədəbiyyatı sevgisi”, “Ədəbiyyatşünaslıq elmi tariximizin Salman Mümtaz dönəmi: xalq yaradıcılığı xəzinəmizdən qaynaqlanan Salman Mümtaz tədqiqatları”, “Salman Mümtazın gizli imzaları”, “Salman Mümtaz tədqiqatlarında qarabağlı “El şairləri” və “Salman Mümtazın folklorşünaslıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.

Tədbirdə Salman Mümtazın nəvəsi şərqşünas alim Urxun Qalabəyli də iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri