Icma.az
close
up
RU
Beyləqanda görkəmli ədəbiyyatşünas Əsəd Cahangirlə ədəbi bədii görüş keçirilib

Beyləqanda görkəmli ədəbiyyatşünas Əsəd Cahangirlə ədəbi bədii görüş keçirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

9 iyul 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində görkəmli ədəbiyyatşünas, yazıçı-publisist, tənqidçi və şair Əsəd Cahangirin 60 illik ədəbi-bədii yubiley tədbiri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Milli Məclisin deputatı Səyyad Aran, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsi, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ədəbiyyat və mədəniyyət nümayəndələri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin aparıcısı, yazıçı-publisist İlqar Fəhmi yubilyarın zəngin həyat və yaradıcılıq yolundan, Azərbaycan ədəbi fikrinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib. Ardınca iştirakçılar Əsəd Cahangirin ömür və yaradıcılıq salnaməsini əks etdirən “Sözün Cahangiri” videoçarxını izləyiblər. Tədbir boyu yubilyarın sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, şeirləri qiraət olunaraq yaradıcılığına ehtiram ifadə edilib.

Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Beyləqan torpağı ölkəmizə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri bəxş edib, əvvəlki illərdə də Beyləqanın yetirdiyi tanınmış söz adamlarının həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bu ənənənin davamı olaraq, əslən Beyləqandan olan görkəmli ədəbiyyatşünas Əsəd Cahangirin 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunması onun Azərbaycan ədəbiyyatındakı zəngin xidmətlərinin yüksək qiymətləndirilməsinin ifadəsidir. Rayon rəhbəri yubilyarın yaradıcılığından bir neçə nümunələrin adını çəkərək bu əsərlərin gənc nəslin milli-mənəvi tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ona yeni-yeni uğurlar arzulayaraq Azərbaycan ədəbiyyatının inkişafına verdiyi dəyərli töhfələrə görə, həmçinin 60 illik yubileyi münasibətilə ona Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyə təqdim edib.

Sonra Milli Məclisin deputatı, yazıçı-publisist Səyyad Aran, şair Sona Çərkəz, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Qaraçaylı, yazıçı-publisist Şəfəq Nasir, yazıçı-publisist Düzgün Atalı, araşdırmaçı-folklorist Hümbət Məmmədli, yazıçı-publisist Şamil Ənvəroğlu, şair Nicat Ərtürk, AYB Beyləqan Bölməsinin sədri Fazil Əsəd, şair Rövşən Qarabudağ, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Yuxarı Aran kənd tam orta məktəbinin direktoru Sahilə Fərmanzadə, yazıçı-publisist İradə Aytel və digər çıxışçılar Əsəd Cahangirin çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və gənc ədəbi nəslin formalaşmasına verdiyi töhfələrdən söz açaraq yubilyarı təbrik edib, ona yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.

Musiqili-bədii proqramla müşayiət olunan tədbirin sonunda Əsəd Cahangir çıxış edərək yubileyinin yüksək səviyyədə təşkilinə görə Beyləqan Rayon İcra Hakimiyyətinə, digər təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, göstərilən diqqət və ehtiramı yaradıcılığına verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirərək, bu doğma münasibətin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

Rövşən Qarabudaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri