Icma.az
close
up
RU
Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub

Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun anadan olmasının 80 illiyinə həsr edilmiş iclas keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elmi müəssisənin baş direktoru akademik Dilqəm Tağıyev mərhum alimin Azərbaycanda kimya elminin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, professor Mübariz Əhmədov tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlarından metan və onun konversiya məhsulları ilə termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib-hazırlanıb. Kükürd anhidridini metan və onun konversiya məhsulları ilə reduksiya etmək üçün yüksək effektivliyə malik olan alüminium oksid əsasında hazırlanmış kobalt və nikel tərkibli katalizatorlar təklif olunub. Prosesin nəzəri tərəfləri (termodinamiki və kinetik qanunauyğunluqları) sistematik şəkildə öyrənilib və laboratoriya tədqiqatlarının nəticələri Gəncə əlvan metalların təcrübə zavodunda pilot qurğusunda, sonra Ryazan metallurgiya zavodunda təcrübə-sənaye qurğusunda müvəffəqiyyətlə sınaqdan keçirilib və Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib (1977-1990-ci illlər). Onun rəhbərliyi altında 21 kimya elmləri namizədi və elmlər doktoru müdafiə edib, əməkdaşlara elmi məsləhətlərlə kömək edib.

Sonra Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri Arif Heydərov professor Mübariz Əhmədovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.

Bildirilib ki, onun elmi əsərlərinə bir çox Azərbaycan və xarici ölkə alimlərinin işlərində istinad edilib, rəhbərliyi altında 21 elmlər namizədi (fəlsəfə elmləri doktoru), 1 elmlər doktoru hazırlanıb. Mübariz Əhmədov bir çox ölkələrdə (Almaniya, Fransa, Türkiyə, İran, Çexiya, Bolqarıstan və MDB ölkələrində) keçirilən simpozium və konfranslarda Azərbaycanı elm xadimi olaraq təmsil edib.

M.Əhmədovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Kimya elminin inkişafı sahəsində xidmətlərini nəzərə alaraq o, SSRİ Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarları ilə “Fəxri fərman”larla təltif edilib.

Uzun illər səmərəli elmi fəaliyyətinə görə AMEA-nın müxbir üzvü professor Mübariz Əhmədov Prezident İlham Əliyevin 2005-ci il 14 dekabr tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. AMEA-nın müxbir üzvü Mübariz Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Tədbirdə institutun professorlarından İxtiyar Bəxtiyarlı, Asif Məmmədov, Elza Salahova, dosentlərdən Esmira Quluzadə və Sevil Cəfərova alim haqqında ürək sözlərini və xatirələrini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri