Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Görkəmli Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür Sabiq millət vəkilindən maraqlı paylaşım

Görkəmli Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür Sabiq millət vəkilindən maraqlı paylaşım

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabiq millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabında görkəmli Xalq yazıçısı, publisist Sabir Əhmədlinin  anım günü ilə bağlı yazı paylaşıb. 

"AzPolitika" həmin yazını təqdim edir:

"Bu gün görkəmli Xalq yazıçısı, publisist Sabir Əhmədlinin (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) anım günüdür.

Yazıçının “Yazılmayan yazı” adlı avtobioqrafik memuar-romanından:

“Ömür yoldaşımla bir-birimizi istəmişik. Ayrı cür də ola bilərdi. Yoldaşım öz bəxtim imiş, çıxıb qabağıma. Üç övlad bəxş edib mənə – iki oğlan, bir qız. Hər üçü öz varlığım qədər şirin, doğma, qanı-qanımdan, canı-canımdan.

Sonuncu oğlanın doğulması da qəribədir. Kəndə getmişdik yayda dincəlməyə. Qoca xalam soruşdu:

– Neçə uşağınız var?

Dedim: 

– İki.

Təəssüfləndi: 

– Azdır. Bəlkə qarğa gəldi, birini apardı? Demək, biri tək qalacaq.

Bu söhbətdən bir ilə yaxın sonra üçüncü uşaq oldu. Atam xəstəydi. Hələ uşağın oğlanmı, qızmı olacağını bilmədən, ana bətnindəykən ona hələ sağ atamın adını – Məhəmməd – qoymuşduq. Elə də oldu. Gözəl oğlan idi. Ərköyün, sonbeşik. Hamı onu istəyir, sevirdi. Taleyi isə faciə ilə bitdi. Ermənilərlə savaşda şəhid oldu.”

Yazıçı digər bir xatirəsində belə yazır: “Bir dəfə məni Mərkəzi Komitəyə çağırdılar, Mətbuat Şöbəsinin inspektoru Xeyrulla Əliyevin yanına. Onun bir xırdaca otağı vardı, eləcə tualet boyda idi. Orada onunla üz-üzə əyləşdik. Bir pəncərəsi vardı, pəncərə Çəmbərəkəndə baxırdı.

O deyirdi, məni başa salırdı: 'Sovet hökuməti misilsiz işlər görmüşdür. Kənd təsərrüfatımız, sənayemiz böyük nailiyyətlər əldə etmişdir. Quruculuq işlərimiz vüsət tapmışdır. Bunları tərənnüm etmək əvəzinə, gözdən salmaq vicdansızlıqdır.'

O deyirdi, mənim qulağım onda, gözüm pəncərədə, eşikdə idi. Onda hələ Çəmbərəkənd sökülməmişdi. Miskin daxmalar, uçuq-sökük evlər, dar, köntöy dalanlar qalırdı. Elə bil Sovet hökuməti qurulmamışdı, bura əl də dəyməmişdi.

Xeyrulla Əliyev döşəyirdi, sovet hökumətinin nəhəng quruculuq işlərini tərifləyir, məni başa salırdı, mən isə gözümü onun pəncərəsindən görünən mağmun mənzərəyə dikib susurdum. Bir ara baxdı ki, mən gözümü haraya dikmişəm, o da mən baxan mənzərəni gördü. Dərhal işi anlayıb susdu. Daha bir söz deyə bilmədi. Qalxıb onun ocağını tərk etdim.”

Yazıçının şəhid oğlu Məhəmmədin sözləri isə belə idi: “Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Sovet İttifaqının xatirinə döyüşüb. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən.”

Məhəmməd Əhmədov 1994-cü il fevralın 12-də, doğum günündə, Murovda şəhid olub.

Allah rəhmət eləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri