Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Görünən obyekt: yadplanetli daş, yoxsa başqa plentdən gələn gəmi?

Görünən obyekt: yadplanetli daş, yoxsa başqa plentdən gələn gəmi?

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


2017-ci ildə astronomlar ilk dəfə Günəş sistemini keçən və çox qəribə görüntüyə malik kosmik bir obyekt qeydə almışdılar. Tədqiqatçılar bu sirli kosmik cismə Havay dilində "kəşfiyyatçı" kimi tərcümə edilən "1I/Oumuamua" adı versələr də, indiyə qədər alimlər bunun asteroid, kometa və yaxud yeni tərkibli obyekt olduğunu ayırd edə bilməyiblər. Bu kosmik obyekt hələ də elm üçün müəmmalı qalır.
Reyting.az
xatırladır ki, obyekt 2017-ci il oktyabrın 19-da Havay adalarında quraşdırılmış "Pan-STARRS" kosmik teleskopu tərəfindən aşkar edilib. Normal asteroidlərdən fərqli olan kosmik cism uzanmış, siqar formasında idi, eləcə də durmadan hiperbolik trayektoriya ilə hərəkət edirdi ki, bu da "yadplanetli"-nin ekstraqalaktik mənşəyini göstərirdi.
Öncə elm adamları bunun digərlərindən daha fərqli, qeyri-adi kometa olduğunu düşünsələr də, sonrakı müşahidələr göstərdi ki, kosmik mənşəli "Oumuamua" günəş tərəfindən qızdırılan kometlər kimi qaz izi buraxmır.
Merilend Universitetinin astrofiziki, alim Metyu Nayt bu naməlum, sirli obyektdən danışan zaman heyrətini gizlədə bilməyib və deyib ki, "bu obyekt gözlədiyimizdən tamamilə fərqli davranır".
Yadplanetli zond və ya baş verən təbiət hadisəsi nəticəsində yaranmış bu kosmik obyektin qeyri-adi xassələri bir çox elmi fərziyyələrin yaranmasına da səbəb olub. Bəzi alimlər isə hətta bunun başqa ulduz sistemində əmələ gələn ulduzlararası bir dağıntı sahəsi ola biləcəyi ehtimalını irəli sürməklə, fikirlərinin həqiqət olduğunu sübut etməyə çalışırdılar.
Lakin Harvard Universitetinin professoru Abraham Loeb daha cəsarətli bir versiya irəli sürüb. Alim "Oumuamua" obyektinin texnoloji cəhətdən yüksək inkişaf etmiş bir sivilizasiyanın yaratdığı kosmik zond da ola biləcəyini söyləyib: "Biz bütün imkanlara tam açıq olmalıyıq, o cümlədən, "Oumuamua" yerdən kənar artefaktdır”,- faktına".
Lakin bununla belə, əksini düşünən əksər ekspertlər kosmik obyektin təbii mənşəli olduğuna inanmağa meyllidirlər. Üstəlik, ilkin tədqiqatlar göstərir ki, o, başqa bir ulduz sistemindəki naməlum planetin məhv olması nəticəsində də əmələ gəlmiş ola bilər. Ancaq araşdırmalar davam edir və ortalıqda hələ son elmi konkret nəticə yoxdur.
Avropa Cənub Rəsədxanasının əməkdaşı olan tədqiqatçı Mişel Bannekin fikrincə, belə bir maraqlı mövzuda bu cür tələsik qərar verməyə ehtiyac yoxdur. Bununla bərabər Bannek də öz fikrini bildirib: "Hazırda ən çox ehtimal edilən izahat onun məhv edilmiş ekzoplanet fraqmenti olmasıdır".
"Oumuamua" ulduzlararası kosmosdan yerə çatan ilk cisim olub. Bu hadisə həm də alimləri sistemdən kənarda baş verən prosesləri daha yaxşı başa düşmək üçün belə naməlum və sirli obyektləri izləmək üçün yeni, həmçinin müasir sistemlər yaratmağa sövq edib. Tədqiqatlar davam edən astronomlar bildiriblər ki, indi onlar ulduzlararası belə kosmik "səyahətçilərlə" yeni görüşlərə hazırdırlar.
Alimlərin diqqətini çəkən növbəti obyekt isə 2019-cu ildə kəşf edilmiş və mənşəyi bilinməyən "2I/Borisov" kosmik cismidir.
Ancaq indiyə qədər davam edən bütün bu elmi mübahisələrlə və fikir ayrılıqları ilə yanaşı, alimlər hələ də çox qeyri-adi sual qarşısında qaldıqlarını etiraf edirlər: "Oumuamua" sadəcə bir qaya parçasıdır yoxsa daha sirli obyekt, bəlkə daşlaşmış yadplanetli gəmisi?".
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri