Icma.az
close
up
RU
Görünməyən müharibə, hədəf uşaqlardır NARKOTİKA

Görünməyən müharibə, hədəf uşaqlardır NARKOTİKA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siqaret narkotikin qapısını açır – ailələr diqqətli olmalıdır


Mehriban Zeynalova: “Narkotik istifadəçisi ilə satıcını eyniləşdirmək düzgün deyil”


“Narkotiklərin dövriyyəsinə qarşı mübarizə daha da sərtləşməlidir. İranda narkotiklə bağlı yalnız edam cəzası var”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən hər gün külli miqdarda narkotik tutulur:

 “Bununla məşğul olan xeyli sayda insan həbs olunur. Hüquq-mühafizə orqanları xeyli iş aparır. Lakin artıq yeni texnologiyaya keçiblər, narkotiki dronlar vasitəsilə keçirirlər. Düzdür, bunun da qarşısı alınır, amma bu sahədə ciddi mübarizəyə ehtiyac var. Narkotik ölümdür. Ölkəmizə narkotik ən çox İrandan keçirilir. İranda isə narkotiklə bağlı bir cəza var - ölüm hökmü. Azərbaycanda ölüm cəzası yoxdur. Ancaq bununla bağlı maddənin daha da ağırlaşdırılması məsələsinə baxmalıyıq ki, narkotiklərin dövriyyəsi məktəblərə, digər strukturlara ayaq açmasın, qarşısı alınsın. Bu, gözəgörünməz müharibədir. Bu müharibədə hamılıqla iştirak etməliyik”.


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkomaniya bəlasında daşıyıcı, satıcı ilə istifadəçi fərqləndirilməlidir: 

- Hüquq-mühafizə orqanlarının narkotik maddələrin dövriyyəsi, satışı, yayılmasına qarşı apardığı mübarizə danılmazdır. İndi hətta dronlarla narkotik maddə dövriyyəsinin də qarşısı alınır. Lakin problem tam həllini ona görə tapmır ki, bizdə narkotik istifadəçisi ilə narkotik bitkilər becərən, yaxud da bunun satışını, çatdırılmasını, yayılmasını təşkil edənlər bəzən eyni tutulur. Bir şəxs əgər narkotik maddə aludəliyinə tutulubsa, o, müalicə edilməli, müalicədən sonrakı mərhələdə ciddi nəzarət altında olmalı, həyat şəraitinin dəyişdirilməsinə və məşğulluğunun mümkün qədər təmin edilməsinə çalışılmalıdır. Narkotik istifadəçilərinin bir qismi bu aludəçiliyi işsizliklə, sosial-psixoloji sarsıntılarla əlaqələndirir. Bu adamlarla işləmək, onların sağlam cəmiyyətə inteqrasiyasına yardım etmək lazımdır. 

M.Zeynalova qeyd etdi ki, narkotik maddə satıcıları isə ağır cəzalara məhkum edilməlidir: 

- Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir. Xüsusən təhsil müəssisələrində, orta məktəblərdə narkomaniyanın zərərləri vaxtaşırı tədris olunmalı, maarifləndirmə proqramları işlənməlidir. Hər bir məktəbin fəaliyyət planında narkomaniyaya qarşı mübarizə tədbirləri olmalıdır. Şagirdləri narkotik aludəçiliyindən qorumaq üçün tək məktəblə kifayətlənmək də olmaz. Valideynlər də böyük məsuliyyət daşıyır. Məktəblə valideynin qarşılıqlı əlaqəsi olmalıdır. Şagird səhər məktəbə gəlir, günorta evə dönür. Bundan sonra çox proseslər baş verə bilər. Uşaq zərərli vərdişləri olanlara qoşular, onların əhatəsinə düşər. Məktəb kollektivi tərəfindən şagirdlərlə həm fərdi və qrup şəklində söhbətlər aparılmalı, onlara zərərli vərdişlər barədə məlumat verilməlidir. Sinif müəllimləri hər bir şagirdin həyat tarixçəsini bilməlidir, araşdırıb öyrənməlidir. Uşaqların davranışları müşahidə altında olmalıdır, həm məktəb, həm də valideynlər tərəfindən. Uşaqda aqressiya varsa, səbəbi araşdırılmalıdır. Yeniyetmə əgər siqaretə qurşanıbsa, onun narkomaniyaya da meyl edəcəyi ehtimalı böyükdür. Zərərli vərdişlərin hamısı ziyandır. Hətta yeniyetmə, gənc qızlar arasında da siqaret asılılığı olanlar var. Kimsə, siqaret çəkir, nə olacaq, deyib, keçməsin. Siqaret özüylə narkotiki də gətirir. 

Ekspert onu da əlavə edib ki,  bu kimi xoşagəlməz hallar çox vaxt valideyn diqqətsizliyindən dolayı baş verir:


"Valideynlər övladlarının kimlərlə dostluq etdiyinə,  hara getdiyinə və yaxud cib xərcliyini hara xərclədiyinə nəzarət etməlidirlər. Bəzən valideynlər övladlarını ərkəsöyün yetişdirir. Onlara çoxlu miqdarda pul verirlər. Təbii ki, bu zaman şagirdlər istədiyini əldə edə bilirlər. Nəticədə bir çox zərərli vərdişlər onlara daha əlçatan olur. O zaman ayılıb görürük ki, artıq şagird narkotik və ya başqa zərərli vərdişlərə qurşanıb. Ona görə də həm məktəb, həm də valideyn qarşılıqlı olaraq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməlidirlər. Bu kimi istənilməyən məsələlərdə şagirdlər hər zaman diqqət mərkəzində olmalıdırlar.  Son vaxtlar görürük ki, şagirdlər evdə və ya məktəbdə dostları ilə danışarkən “Özümü öldürəcəm, səni öldürəcəm” kimi aqressiv danışdıqda, onların hal və hərəkətlərini daha çox nəzarətdə saxlamalıyıq. Əks təqdirdə gec ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 03:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri