Icma.az
close
up
RU
Görüntü yaratmağa çalışırlar ki, guya Ermənistan sülh istəyir, əslində isə...

Görüntü yaratmağa çalışırlar ki, guya Ermənistan sülh istəyir, əslində isə...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son dövrlər Ermənistanın davamlı olaraq şərti sərhədlərimizdə təxribatlar törətməsinin şahidi oluruq”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Ermnistan Silahlı Qüvvələrinin Azərbaycan Odrusunun mövqelərini atəşə tutmasına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, Ermənistan indiki şəraitdə atəşkəsi pozmaqla, təxribatlara əl atmaqla müxtəlif məqsədlər güdür:

"Ermənistan bunu nə üçün edir? İlk növbədə bunun səbəblərini təhlil etməliyik. Ermənistan özü təxribatlara əl atsa da, bunu təkzib edir, əksinə, Azərbaycan tərəfini atəşkəsi pozmaqda suçlayır. Ermənistanın əsas hədəfi və məqsədi odur ki, İrəvan hökuməti yenidən Azərbaycanı hədəfə gətirmək istəyir. Bunun üçün bölgədə yeni bir eskalasiya yaradır. Ermənistan əvvəlki kimi Qərbin dəstəyini ala bilmir. Söhbət xüsusən ABŞ-dən gedir. Nəzərə alaq ki, ABŞ ilə Avropa İttifaqı arasında da müəyyən məsələlərdə fikir ayrılığı var. Ermənistanın daxilində də narahatlıq var. Ona görə də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana, Cənubi Qafqaza cəlb etmək, ermənilərin yenidən "təcavüzə məruz qalması" təsəvvürünü yaratmaq üçün bu cür təxribatlara əl atırlar. Bunun alt qatdakı hədəfləri isə əlavə maliyyə vəsaiti almaqdır. Həmçinin, yeni silahlar əldə etməkdir. Eyni zamanda siyasi dəstəyi daha da gücləndirməkdir".

Müsahibimiz bəyan edib ki, Ermənistanın digər məqsədi isə Azərbaycana təzyiqi artırmaqla, bizi yarımçıq sülh müqaviləsini imzalamağa məcbur etməkdir. C.Məmmədov qeyd edib ki, Ermənistan rəsmiləri müxtəlif görüşlərdə Azərbaycan haqqında yanlış düşüncələr yaratmağa cəhd göstərirlər. Elə bir görüntü yaratmağa çalışırlar ki, guya Ermənistan sülh istəyir, sülh tərəfdarıdır, Azərbaycan tərəfi isə sülhə hazır deyil, sərhəddə atəşkəsi pozur, prosesə mane olur və s. Əslində isə reallıq tamam başqadır.

Deputat Ermənistan daxilində siyasi gərginliyin hökm sürdüyünü deyib. Onun sözlərinə görə, daxildəki gərginliyi azaltmaq, diqqəti başqa yönə çəkmək üçün məqsədi ilə "Azərbaycan bizə hücum edir" təhlükəsini formalaşdırmağa çalışırlar.

“Azərbaycan 2020-ci ildən bu yana sülhlə bağlı öz şərtlərini, tələblərini Ermənistan tərəfinə təqdim edib. Ermənistan sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın şərtlərini qeyd-şərtsiz yerinə yetirməlidir. Ermənistan isə bunu etmək istəmir, bütün bunların fonunda növbəti avantüraya gedir. Burada Fransanın da rolunu qeyd etməliyik", - deyə Ceyhun Məmmədov əlavə edib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri