“Ermənistan vasitəsilə bölgədə gərginlik yartamağa çalışırlar”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
“Dünyada gedən prosseslərə nəzər yetirsək görərik ki, böyük güclərin konkret olaraq Azərbaycanın yerləşdiyi bu bölgədə maraqları var. Çalışırlar ki, burada istədiklərini reallaşdırsınlar”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Elşad Musayev deyib.
E.Musayev bildirib ki, Avropa İttifaqına daxil olan ölkələrin, başda duran Fransa, eyni zamanda ABŞ-nin hərəkətləri açıq-aydın görünür: “Həmçinin İran da Azərbaycanın maraqlarına cavab verməyən addımlar atır. Faktiki olaraq Ermənistan bu bölgədə maşa kimi istifadə olunur. Ermənistan vasitəsilə bu bölgədə gərginlik yartamağa çalışırlar. Qeyri sülh şəraitindən istifadə edərək Azərbaycanı zəiflətməyə, qarayaxma kampaniyasını davam etdirməyə, təzyiq siyasətini həyata keçirməyə çalışırlar”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















