Icma.az
close
up
RU
Görünüşcə təmiz, tərkibcə zəhər Kanal yağı” KONKRET

Görünüşcə təmiz, tərkibcə zəhər Kanal yağı” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“ Kanal yağı dediyimiz yağ adətən restoran, kafe və yeməkxanalarda istifadə olunmuş yağların kanalizasiya borularına axması nəticəsində çirkli sularla qarışan, sonradan isə toplanıb yenidən istifadə üçün bərpa edilən yağ növüdür. Bu yağ əslində qida məhsulu deyil. Tullantı olan, tərkibi dəyişmiş və insan istehlakı üçün təhlükəli maddələr qarışığıdır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“ Kanalizasiyaya buraxılan yağ su, sabun, yuyucu vasitələr, məişət kimyəvi maddələri, çirk və müxtəlif mikroorqanizmlər qarışdığı üçün öz ilkin xüsusiyyətlərini tam itirir. Bu qarışıq daha sonra müxtəlif üsullar olan çökdürmə, süzmə, qızdırma və filtrasiya ilə təmizlənmiş kimi göstərilir. Bu proseslər yalnız yağın görünüşünü yaxşılaşdırır. Tərkibdəki zərərli maddələrin çoxu olduğu kimi qalır. Kanalizasiya quyuları və drenaj xətlərində yığılmış yağ su ilə qarışıq olur. Çox pis qoxu verir və mikrobioloji çirklənmə səviyyəsi yüksək olur”,-deyə ekspert bildirib.

Ekspert qeyd edir ki, qızartma yağları bir neçə dəfə istifadədən sonra tərkibində çoxlu toksik maddə yaranır:

“Rəsmi qaydada onlar utilizasiyaya edilməlidir. Bəzən qeyri-qanuni yollarla satılır. Həmçinin vaxtı keçmiş, xarab olmuş yağlar ucuz qiymətə yığılıb emal olunur. Bütün bu mənbələrdən gələn qarışıq yağ sonradan iri qablarda çökdürülür, üst qatı ayrılır. Sonra müxtəlif filtrlərdən keçirilir və rəngini açmaq üçün kimyəvi vasitələrdən istifadə edilir. Görünüşcə yenilənmiş kimi görünən, amma tərkibcə təhlükəli olan əldə edilir. Bu yağın əsas təhlükəsi onun tərkibində çoxlu toksin, kanserogen birləşmələr, ağır metallar və mikroorqanizmlər olmasıdır”.

A.Vəliyev vurğulayır ki, istifadə olunmuş yağ yüksək temperaturda parçalanır və “akrolein”, “polisiklik aromatik karbohidrogenlər” kimi xərçəng yaradan maddələr əmələ gətirir: “Kanalizasiya mühiti bu maddələrin miqdarını daha da artırır. Bu cür yağların qida kimi qəbul edilməsi uzunmüddətli perspektivdə xərçəng riskini yüksəldir. Su borularından, çirkli mühitdən və kimyəvi maddələrdən yağın içinə qurğuşun, civə, nikel kimi ağır metallar keçə bilər. Bu maddələr orqanizmdə yığılır və qaraciyər, böyrək və sinir sistemini zədələyir. Kanal mühitində bakteriyalar, göbələklər və viruslar çox sürətlə çoxalır. Yağ qızdırıldıqda bəziləri məhv olsa da, onların toksinləri qalır. Bu isə qida zəhərlənməsi və bağırsaq iltihablarına səbəb ola bilər. Həddindən artıq oksidləşmiş yağlar orqanizmdə sərbəst radikalların miqdarını artırır. Beləcə ciddi sağlamlıq riskləri yaranır”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri